SON XƏBƏRLƏR

İranda dolların məzənnəsi artaraq, 14 min 350 tüməni keçib

2021.10.20, 07:36
İranda dolların məzənnəsi artaraq, 14 min 350 tüməni keçib

Gunaz.tv

GünazTV: Fevralın 17-də İranda ABŞ dollarının məzənnəsi artaraq, 14 min 350 tüməni keçib.

 

Son həftələr İranın valyuta bazarında təxminən 13 min 500  tümən  qarşılığında müamilə edilən hər ABŞ dollarının dəyəri ötən üç gündə artaraq, fevralın 16-da 13 min 950 tümənə yüksəlmişdi.

 

İran Mərkəzi Bankının baş direktoru Əbdülnasir Hemməti ötən həftə jurnalistlərə açıqlamasında ölkədə dolların məzənnəsinin qalxmasını “bəzilərinin FATF məsələsindən sui-istifadə etməsi” və valyuta bazarına təsir göstərməsi ilə əlaqələndirmişdi: “Bəzi sui-istifadəçilər virtual aləmdə FATF-in növbəti iclaslarının nəticələri barədə təbliğat apararaq, bunu dolların məzənnəsini artırmaq üçün bəhanə ediblər” -deyə, İran Mərkəzi Bankının baş direktoru Əbdülnasir Hemməti əlavə etmişdi.

 

Fevralın 16-da, dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə aparan  Maliyyə Hesabatları Hazırlayan Xüsusi İşçi Qrupu (FATF) təşkilatının Parisdə 6 günlük iclasına başlanılıb. Dünyanın 205 ölkəsindən 800 nümayəndənin, eləcə də Beynəlxalq Valyuta Fondu, BMT və Dünya Bankı nümayəndələrinin də qaldığı iclas, fevralın 21-ə ədər davam edəcək.

 

İclasda yenidən İran məsələsi gündəmə gətirilərək, onun FATF-in layihələrinə qoşulmaqdan boyun qaçırması məsələsi müzakirə edilib.

 

Bu beynəlxalq qurum, İranın FATF-ə qoşulması və onun layihələrinə əməl etməsi üçün bir neçə dəfə vaxt versə də, İran hökuməti hər dəfə müxtəlif bəhanələrlə FATF-ə qoşulmaqdan boyun qaçırıb. Qurumun, FATF-ə qoşulmaq üçün İrana verdiyi son möhlət fevralın 21-də başa çatır.

 

 

Qeyd edək ki, İranda hökumət və bəzi millət vəkilləri FATF layihələrinə qoşulmağın tərəfdarı olsalar da, əksəriyyətini mühafizəkarlar təşkil edən bir çox rəsmilər, İranın bu təşkilata qoşulmasına qarşı çıxırlar. Onlar, hesab edirlər ki, İran rejimi sözügedən layihələri qəbul edib ona əməl etsə, islam respublikasının regionda “Həmas”, “Hizbullah” və bu kimi digər terrorçu və təmsilçi qruplaşmalara yardımı məhdudlaşdırılacaq, onun qanunsuz fəaliyyətlərinin qarşısı alınacaq.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar