SON XƏBƏRLƏR

İranda dövlət qulluğunda işləyən qadınlar üçün uniforma tətbiq olacaq

2021.10.20, 07:36
İranda dövlət qulluğunda işləyən qadınlar üçün uniforma tətbiq olacaq

Gunaz.tv

GünAz TV: İran xəbər agentliklərinin məlumatına görə, yeni geyim formaları dini və mədəni meyarlara uyğun olaraq hazırlanacaq. Geyimlər əsasən tünd göy və boz rəngdə olacaq.

İran hökuməti  dövlət qulluğunda işləyən qadınlar üçün uniforma tətbiq edir. Yeni qaydalar Şərq təqvimi ilə Yeni ilin başlanğıcından (novruz bayramı)– martın (March) 21-dən tətbiq ediləcək.

 İran xəbər agentliklərinin məlumatına görə, yeni geyim formaları dini və mədəni meyarlara uyğun olaraq hazırlanacaq. Geyimlər əsasən tünd göy və boz rəngdə olacaq.

 Rəsmilər bildirir ki, yeni uniformanın yaradılması qərarı dövlət qulluğunda olan qadınların öz xahişi əsasında çıxarılıb.

 Daxili işlər nazirinin müavini Alireza Afshar deyib ki, qadın əməkdaşlar məcburən yox, öz istəkləri əsasında uniforma geyəcəklər.

 Bundan əlavə, İran hökuməti tələbə qızlar üçün də xüsusi geyim forması tətbiq etməyi planlaşdırır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar