SON XƏBƏRLƏR

İranda düyməsiz qadın mantosu istehsalı qadağan edilib

2021.10.20, 07:36
İranda düyməsiz qadın mantosu istehsalı qadağan edilib

Gunaz.tv

GünAz TV: İran Kişi və Qadın Dərzilər Assosiasiyasının rəhbəri Həbib Təhmasibinik bildirib ki, bu ölkədə düyməsiz qadın mantosunun istehsalı qadağan edilib.

 

O, artıq bütün tikiş müəssisələrinə bununla bağlı göstəriş verildiyini və yeni qaydaya əməl etməyənlərin cəzalandırılcağını deyib.

 

Assosiasiya rəhbəri kişi geyimləri ilə bağlı isə heç bir yeni məhdudiyyətin qəbul edilmədiyini deyib. Onun sözlərinə görə, düyməsiz qadın mantosu “islam cəmiyyətinə yaraşmaz haldır” və buna görə də, daha bu cür geyimlər istehsal edən müəssisələr aşkar edilsə, plomblanacaqlar.

 

Ölkədə paltar istehsalı sahəsinə də toxunan Təhmasibinik etiraf edib ki, İranda tekstil sahəsi Türkiyədən dəfələrlə geridədir. O iddi edib ki, əgər xammal və istehsal problemləri həll edilsə və bazar hazırki kimi qalsa, İran bu sahədə Türkiyəni keçə bilər.

 

İran polisi son aylar ərzində “nəzarətçi” proqramı çərçivəsində qadın paltarı istehsalı ilə məşğul olan müəssisələri “islami qaydalara uyğun” geyimlər adlandırdığı formada paltarlar tikməyə məcbur edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar