SON XƏBƏRLƏR

İranda edamlar davam edir. İsfahanda daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranda edamlar davam edir. İsfahanda daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İran İslam Respublikasında artıq gündəlik adi hal almış edamlar davam edir. Bu gün İsfahanda qətldə günahlandırılan daha 1 məhkum dar ağacından asılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəbə görə dostunu qətlə yetirən və həmin vaxtdan həbsdə saxlanılan 36 yaşlı məhkum Həsən Sərayi fevralın 13-ü sübh saatlarında İsfahan şəhərinin Dəstgerd zindanında dara çəkilib.

 

 Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar