İranda əhalinin gəlirlərinin orta nisbəti kasıblıq həddi göstəricilərindən 70% aşağıdır- FOTO

20.09.2019, 15:39

GünAz TV: Dünya Bankı bildirir ki, İranın hər bir vətəndaşı kasıblıq həddindən aşağı səviyyədə yaşayan hesab edilməmək üçün günlük 5.5 dollar gəlirə malik olmalıdır, hansı ki, hazırda ölkədə adam başına düşən gəlirlərin ortalamasına əsasən, bu rəqəm 3.2 dollar təşkil edir.

 

İran Mərkəzi Statistika Komitəsinin yaydığı son hesabata görə, 1397-ci ildə (21 mart 2018- 21 mart 2019) şəhərdə yaşayan ailələrin illik gəlirlərinin orta nisbəti 43 milyon 490 min tümən olub. Kənd yerlərində isə bu rəqəm 23 milyon 311 min tüməndən ibarət olub.

 

Başqa sözlə desək, 1397-ci ildə dolların məzənnəsininin ortalamasını 11 min tümənlə hesabladıqda, 1397-ci il ərzində şəhərdə yaşayan ailələrin günlük 10.8, kənddə yaşayanların isə 5.8 dollar qazandığı məlum olur.

 

 

Bu statistikada hər şəhər ailəsinin sayı orta hesabla 3, kənd ailəsinin üzvlərinin sayı isə 4 nəfər göstərilib.

 

Belə olduqda, aydır görünür ki, şəhərdə yaşayan ailələrin hər bir üzvü gündəlik orta hesabla 3.2, kənddə yaşayanlar isə 1.7 dollar qazana bilir. Xüsusilə, kəndlilərin gündəlik gəlirləri Dünya Bankının təyin etdiyi kəskin kasıblıq həddindən də aşağı hesab edilir.

 

Bankın son hesabatına görə, dünya ölkələri üzrə ən kəskin kasıblıq həddindən də aşağı yaşayan insanlar gündəlik qazancları 1.9 dollardan az olan insanlar hesab edilir. Qurum bu statistikanı bir qrup ən kasıb ölkənin milli kasıblıq həddinə əsasən, eləcə də alıcılıq qabiliyyətinin bərabərliyi və bu ölkələrdə zəruri məhsulların qiymətlərini dollarla hesablamaqla, hazırlayıb.

 

Bu göstəriciyə əsasən, gündəlik gəliri 1.9 dollardan az olan insanlar lazım olan qida, geyim və tibbi ehtiyaclarını ödəyə bilməyən qrupa daxildirlər.

 

Statistikada İran, Türkiyə, Braziliya və Çin də daxil olmaqla, gəlirləri orta həddən çox olan 60 ölkədə kasıblıq həddini gündəlik 5.5 dollardan aşağı təyin edilib. Beləliklə, kasıblıq həddindən yuxarı səviyyədə yaşamaq üçün hər bir İran vətəndaşı illik 2007 dollardan çox pul qazanmalıdır. Eləcə də, dolların hazırda məzənnəsinin 11 min 500 tümən olduğunu nəzərə alsaq, İranda 3 nəfərlik şəhər ailəsi kasıblıq həddindən aşağı yaşamamaq üçün aylıq 6.3 milyon, illik isə ən azı 76.1 milyon tümən gəlirə sahib olmalıdır.

 

 

İran Mərkəzi Statistika komitəsinin məlumatı göstərir ki, İranda şəhər əhalisinin əksəriyyəti Dünya Bankının bu ölkə üzrə təyin etdiyi kasıblıq həddi göstəricisindən aşağı səviyyədə yaşayır. Kənd əhalisi isə sözügedən bankın göstəricilərinə əsasən, təkcə İran üçün deyil, bütün dünya üçün nəzərdə tutulan kasıblıq həddindən belə aşağı səviyyədə yaşayır.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01