Tehranda Türkiyə əleyhinə şüarlar asıldı: Ermənilər qondarma soyqırımla bağlı geniş hazırlıqlara başladı-FOTOLAR+VİDEO

2021-04-20 09:58

İranda yaşayan ermənilər qondarma soyqırımın anım tədbirlərinə hazırlaşır.

Gunaz.tv Quote | Gunaz article

44 günlük savaşda Azərbaycanın haqlı davasına dəstək verdiyi üçün Türkiyəyə qəzəbli olan İran hökuməti bu il ermənilərə daha geniş imkanlar yaradacağı görünür.


“Tehran erməni xəlifəliyi”nin yaydığı məlumata görə, koronavirus pandemiyasına görə tətbiq olunmuş karantinə baxmayaraq ermənilər  24 aprel aksiyaları üçün hökumətdən icazə ala bilib. 

Bununla yanaşı Tehran bələdiyyəsi şəhərdə, xüsusilə Kərimxan bölgəsində yerləşən Sarkis kilsəsi ətrafında mürtəce məzmunlu plakatlar asıb.

“Tarix təkrar olur, Osmanlı Türkiyəsi tərəfindən erməni soyqırımının 106-cı ildönümü”, “24 aprel ermənilərin Osmanlı Türkiyəsi tərəfindən soyqırıma uğradığı gündür”, “Türkiyə dövlətinin Neo-Osmanlı siyasətini pisləyir və bunu bölgə stabilliyinin pozulmasında, zorakılğın artmasında əsas amil hesab edirik”-Rejim məsullarının icazəsi ilə asılan plakat və banerlərdə belə yazılıb. 
Bələdiyyənin asdığı baner və plakatların üzərində Şuşanın Qazançı kilsəsinin rəsmi də təsvir olunub.

“Erməni xəlifəliyi” yayınladığı başqa bir çağırışda Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinə, minlərlə erməni əsgərinin ölümünə toxunulur, İran ermənilərindən və Ermənistan tərəfdarlarından bu ilki aksiyalarda daha çox mütəşəkkil iştirak etmələri xahiş edilir.

Qeyd edək ki uzun illərdir İranda yaşayan ermənilər hər il 24 aprel qondarma erməni “soyqırımı” gününü qeyd edirlər. Ancaq Azərbaycan Respublikasının müstəqilliyini əldə etməsindən bu yana İran hökumətinin dəstəyi ilə bu tədbirlər daha da geniş şəkildə geniş şəkildə keçirilməyə başlayıb. 


Bu il Qarabağın azadlığı uğrunda aparılan uğurlu əməliyyatlardan, İranın ədalətsiz mövqeyinin Arazın hər iki tərəfində etirazlarla qarşılaşmasından sonra Tehran rejimi Türkiyə və Azərbaycana qarşı qəzəbli görünür. 


Həmçinin Qarabağın yenidən qurulması adı altında bölgəyə daxil olmağa icazə ala bilməyən İranın 24 aprel anım tədbirlərinə daha geniş diqqət ayırmaq istədiyi aşkar görünür. 


C.E
 

 

 

 

Açıklama yok.Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08

gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07

gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06