SON XƏBƏRLƏR

İranda Əsədin ziyarətini tənqid edən qəzet bağlandı

2021.10.20, 07:36
İranda Əsədin ziyarətini tənqid edən qəzet bağlandı

Gunaz.tv

İranın “Qanun” qəzeti Tehrandakı Mədəniyyət və Media Məhkəməsi tərəfindən fəaliyyəti dayandırılıb.

 

İranda reformistlərə yaxınlığıyla tanınan “Qanun” qəzetinin Suriya rejiminin lideri Bəşər Əsədin Tehran səfərini tənqid edən başlığı səbəbiylə fəaliyyəti dayandırıldığı deyilir. Lakin məhkəmə qəzetin fəaliyyətinin nə qədər müddətlik bağlı qalacağı barədə məlumat verməyib.

 

Qeyd edək ki, “Qanun” qəzeti, Suriya rejiminin lideri Əsədin dünənki Tehran səfərini İranın dini lideri Əli Xamneyi və Bəşər Əsədin qucaqlaşdığı fotoşəkilinə "Dəvətsiz qonaq" başlığını yazmışdı.

 

R.X

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar