İranda etirazlar davam edir- Son vəziyyətlə bağlı ətraflı məlumat

2019-11-20 14:48

GünAz TV: İranda internetin kəsilməsinə görə etirazların son vəziyyəti barədə ətraflı müfəssəl məlumat əldə etmək mümkün olmasa da, ölkə daxilindən əldə edilən son məlumatlara əsasən, insanlar nümayişlərə davam edir.

 

Xəbərlərə əsasən, bütün bölgələri təhlükəsizlik qüvvələri nəzarətə götürsələr də, hələ də etirazlar davam edir və ara sıra qarşıdurmalar yaşanır.

 

Hökumətin informasiya blokadasına baxmayaraq, ötən gün axşam saatları ərzində Tehranın İslamşəhr, Robat Kərim və Naziabad rayonlarında, eləcə də Şiraz şəhəri və Xuzistan əyalətində keçirilmiş aksiyalardan məhdud sayda görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Şirazdan yayılan məlumatlara əsasən, Məaliabad bölgəsində etirazların davam etdiyi və təhlükəsizlik qüvvələrinin insanlara atəş açdığı deyilir. Yerli sakinlərdən biri bildirir ki, əhali bankları, maşınları və digər şəxsi və dövlət mülklərini yandırmır, əksinə bunu təhlükəsizlik qüvvələri özü edib, təqsirin xalqın boynuna yıxırlar. Ötən gün axşam şəhərin bir neçə bölgəsində nümayişlərin keçirildiyi və polislərin xalqı atəşə tutduğu deyilir.  

 

Videolarda etirazların öz gücü ilə davam etdiyi, ara-sıra təhlükəsizlik qüvvələrinin insanlara qarşı açdığı atəşin səsləri eşidilir.

 

Mazandaran, Sənəndəc və Güney Azərbaycanın Zəncan şəhərində gələn xəbərlərdə etirazların davam etdiyi, məktəblərin bağlandığı, təhlükəsizlik qüvvələrinin bütün məhəllələri nəzarətə götürdüyü və onlarla şəxsin həbs olunduğu deyilir.

 

Kirmanşahdan yayılan xəbərlərdə etirazçıların bir neçə bankı yandırdığı, şəhərdə mülki geyimli şəxslər və təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi bildirilir.

 

Güney Azərbaycanın Urmiya şəhərindən əldə edilən məlumatlara görə, hərbçilər, təhlükəsizlik qüvvələri və polislər şəhəri əhatəyə alıb, nəfərbərlər (Zirehli transportyor-red.) və hərbi maşınlarla dövrə vururlar. Onlar insanları qorxutmaq üçün hətta bəzi hallarda boş yerə hava güllə açırlar.

 

İlam əyalətindən gələn xəbərlərdə etirazçıların ötən axşam “İslami Təbliğat Təşkilatı”nın bölgədə yerləşən idarəsinin önündə Əli Xamneyinin şəkili olan plakata od vurduğu, nəticədə idarənin binasının da yandığı qeyd edilir.

 

Xuzistan əyalətində də ötən gecə ağır qarşıdurmalar yaşanıb. Bu günə qədər ən çox ölüm halı qeydə alınan əyalətin ötən gecə Mahşəhr bölgəsində keçirilmiş nümayişlər zamanı 8 nəfərin öldürüldüyü deyilir.

 

Digər şəhərlərdən əldə edilən xəbərlərdə də etirazların davam etdiyi, təhlükəsizlik qüvvələrinin xalqa qarşı şiddət göstərdiyi və dövlət mülklərini yandırdığı bildirilir.

 

Qeyd etmək lazımdır ki, qeyri-rəsmi məlumatlara əsasən, bu günə qədər 106 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ölüb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, saxlanılanlar var

2021-04-22

gun az article

Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

2021-04-22

gun az article

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

2021-04-22

gun az article

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

2021-04-22

gun az article

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

2021-04-22

gun az article

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

2021-04-22

gun az article

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

2021-04-22

gun az article

Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkir: Şoyqu təlimlərin bitdiyini açıqladı

2021-04-22

gun az article

Cəbrayılın Şahvələdli kəndi - VİDEO

2021-04-22

gun az article

Abbas Axundi: “Sanksiyalardan yayınmaq üçün 400 milyard dollar xətcləmşik”

2021-04-22

gun az article

Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

2021-04-22

gun az article

Akar: “Azərbaycan və Ermənistan arasında atəşkəs yeni bir səhifənin açılması üçün fürsətdir”

2021-04-22

gun az article

İranda COVİD-19-dan daha 453 nəfər vəfat edib: Virus qurbanlarının sayı 68 min nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-04-22

gun az article

Mərivanda kürdlərlə silahlı qarşıdurma: 2 “Sepah”çı öldürüldü

2021-04-22

gun az article

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

2021-04-22

gun az article

Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

2021-04-22

gun az article

“Yeni klinika”nın direktoru həbs edildi

2021-04-22

gun az article

Qarabağda ölən erməni hərbçilərə təzminat verilir - Rəsmi ölü sayı 4 mini keçib

2021-04-22

gun az article

MAQATE: “İran Nətənz təsisatında inkişaf etdirilmiş əlavə sentrifuqalar quraşdırıb”

2021-04-22

gun az article

“İranın bu hərəkəti islam həmrəyliyi ilə bir araya sığmır”-Baş redaktor

2021-04-22