İranda etirazlar davam edir. Yüz minlərlə insan küçələrə axışaraq Əli Xamneyiyə qarşı sərt şüarlar səsləndiriblər - 11 VİDEO

04.08.2018, 10:35

GünAzTV: İranda molla rejiminə qarşı etirazların 4-cü günündə yüz minlərlə insan ölkənin müxtəlif şəhərlərində küçələrə axışaraq islam respublikasının dini lideri axund Əli Xamneyiyə və onun ölkəyə hakim etdirdiyi diktatorluğa qarşı sərt şüarlar səsləndiriblər.

 

Avqustun 3-ü axşam saatlarında Kərəc, Tehran, Qəhderican, Məşhəd, Kirmanşah və İsfahan şəhərində başlanan etirazlara yüz minlərlə insan qatılaraq ölkə əhalisinin acınacaqlı iqtisadi durumuna, bahalığa, milli valyutanın (rial) dollar qarşısında dəyərini sürətlə itirməsinə və dini lider axund Əli Xamneyinin xarici siyasətinə qarşı etiraz bildiriblər.

 

Paytaxtda və digər şəhərlərdə “Ey iranlı fəryad qopar, haqqını tələb elə”, “Diktatora ölüm”, Xamneyiyə ölüm”, “Bizim cındır liderimiz bizim üçün utanc, başı aşağılıqdır”, “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən və məmləkətdən əl çək”, “Bəsiciyə ölüm”, “Top, tank, fişfişədən qorxmuruq, cəhənnəm olsun axundlar”, “Qəzzə və Livana yox, İrana canım qurban” şüarları səsləndirən etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Nəticədə onlarla aksiyaçı polis tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.

 

Tehranın “Daneşcu” parkı yaxınlığında toplaşan minlərlə etirazçı isə polisin onlara qarşı zorakılığa əl atmasını gördükdən sonra Xamneyiyə qarşı şüarlar səsləndirərək kənarda duran digər vətəndaşları etirazlara qoşulmağa çağırıblar. Həmin gün axşam saatlarında keçirilən bir futbol matçından sonra Tehranın Azadlıq stadionundan çıxan futbol həvəskarları “Diktatora ölüm” şüarı səsləndirərək, digər etirazçılara qoşulublar.

 

Kərəcin Gövhərdəşt məntəqəsində isə, rejimə və onun başçısı axund Xamneyiyə qarşı şüarlar səsləndirən etirazçılar, hüquq-mühafizə qüvvələrinin zorakılığına cavab olaraq, polis qüvvələrinə məxsus iki motosikletə və bir avtobusa od vurublar. Etirazçılar həmçinin Eştehard məntəqəsində molla yetişdirən bir dini mərkəzə (mollaxanaya) hücum edərək, onun bütün şüşələrini qırıblar.

 

Həmin gün, oxşar etirazlar Həmədan, Şahinşəhr, Məşhəd və daha bir neçə şəhərdə də keçirilib. Təbrizdə isə, əhalinin etirazlara qoşulmasının qarşısını almaq üçün şəhərin əsas küçə və meydanlarına əlavə polis qüvvələri yerləşdirilib.

 

Hazırda İranın bir çox şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyətin hökm sürdüyü, polis və “Bəsic” qüvvələrinin vəziyyətə nəzarət etdiyi bildirilir.

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

 

 

 

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24