SON XƏBƏRLƏR

İranda Fəsa şəhər İcra Hakimiyyətinin başçısı naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq döyülüb

2021.10.20, 07:36
İranda Fəsa şəhər İcra Hakimiyyətinin başçısı naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq döyülüb

Gunaz.tv

GünazTV: İranda Fəsa şəhər İcra Hakimiyyətinin başçısı Həsən Bərati naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq döyülüb.

 

Yayılan məlumata əsasən hadisə sentyabrın 17-si sübh saat 03:30 radələrində baş verib.  Əllərində tapança gəzdirən bir neçə naməlum şəxs gecə yarısında şəhər meriyasının keşikçisinin əl-qoluna bağlayaraq, Fəsa merinin qaldığı iqamətgaha hücum ediblər. Hücumçular şəhər merini döyüb təhdid etdikdən sonra hadisə yerindən qaçıblar. Çoxlu yumruq və təpik zərbələrindən bədən xəsarəti alan icra başçısı xəstəxanaya yerləşdirilib. Onun səhhətinin qənaətbəxş olduğu və artıq ilkin müalicə aldıqdan bir neçə saat sonra evə buraxıldığı bildirilir.

 

Hadisə yerindən qaçan hücumçuların kimliyi və onların bu işdə məqsədi hələlik bəlli deyil.

 

Bildirilir ki, Həsən Bərati iki il əvvəl Fəsa şəhər şurası tərəfindən  bu şəhərin İcra Hakiçiyyətinin başçısı vəzifəsinə seçilib. Onun bu vəzifədə olduğu həmin müddətdə şəhər meriyasının kollektivi və işçiləri, o cümlədən də fəhlələr dəfələrlə müxtəlif tələblərlə aksiyalar keçirərək mövcud  şəraitə etiraz bildiriblər.  

 

Qeyd edək ki, Fəsa şəhəri İranın Fars əyalətinin şərqində yerləşir.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar