Güney Azərbaycanın turizm sektoru çökdürülür: Turistlər fars bölgələrinə yönləndirilir

2021-03-31 16:20

İranın Güney Azərbaycanın turizm sektorundan payı demək sıfıra bərabərdir. 

Gunaz.tv Quote | Gunaz article

Bu, İranın Mədəni İrs Nazirliyinin verdiyi statistik rəqəmlərdən də görünür. 

Rəsmi statistika göstərir ki, Güney Azərbaycan şəhərləri ölkədaxili və xarici turizm marşrutlarından kənarda qalıb.

İranın Mədəni İrs, Turizm və İncəsənət Nazirliyinin hesabatında 2019-2020-ci illər ərzində 28 milyon nəfərin dörd şəhərin tarixi yerlərini və 12 muzeyini ziyarət etdiyi bildirilir.

Onlardan 27 milyon 500 min nəfər ölkənin mərkəzində yerləşən 4 fars dilli şəhərin, 500 min nəfəri isə Azərbaycan əyalətlərinin payına düşür. 

Hesabatda göstərildiyinə görə, qeyd olunan illərdə ən çox ziyarət edilən 12 yerdən 11-i fars bölgələrində yerləşir.

Onlar Tehranın Sədabad, Niyavəran, Gülüstan sarayları, Şirazın Hafiziyyə və Sədiyyə kompleksləri, Kaşanın Fin hamamı, Fars əyalətinin Təxti Cəmşid tarixi kompleksi, İsfahanın Ala Qapı tarixi və Çehel Sütun bağı kompleksləri, Şirazın Pasarqad kompleksi, Tehranın Milli Muzeyidir. 

Siyahıda sonuncu-12-ci yerdə isə Güney Azərbaycanın Culfa şəhərinin Sen Esptipatos kilsəsi qərar tutur.

Qeyd olunan kilsələrdən başqa Şərqi, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin və Həmədan əyalətlərində olan tarixi abidələr, muzeylər və görməli yerlərinin adı heç biri ən çox ziyarət olunan yerlər siyahısında yoxdur. 

Qeyd edək ki, Güney Azərbaycan bölgələrində Dünya Mədəni İrsi siyahısına salınan tarixi məkanlar var. Bunlar Tikantəpənin Təxti Süleyman, Zənganın Sultaniyyə, Çaldranın Qara Kilsə, Ərdəbilin Şeyx Səfi və Təbrizin Tarixi Bazar kompleksləridir. 

Güney Azərbaycanın turistik məkanlarının diqqətdən kənarda qalmasının əsas səbəblərindən biri hökumətin bu tarixi abidələrin, görməli və gəzməli yerlərin daxili və xarici turistlər üçün tərtib olunan turizm kataloqlarına salmaması, bələdçi saytlara yerləşdirməməsidir.

Hələ neçə il öncə Təbriz Şəhər Şurasının üzvü Behruz Xamaçı Tehran rejiminin bu yöndə olan siyasətini tənqid edərək demişdi: “Acınacaqlı olsa da deyək ki, Türkiyə yolu ilə ölkəyə daxil olan turistlərin çoxu Azərbaycandan keçib birbaşa İsfahana üz tuturlar”.

“150 ölkənin iştirakı ilə Dubayda keçirilən turizm sərgisində müxtəlif turizm firmaları və agentlikləri ilə danışıqlarımda hətta Təbriz adında şəhərin varlığından belə xəbərsiz olduqlarının şahidi oldum”-bunu isə Təbriz Şəhər Şurasının başqa üzvü Firudin Babayi Əqdəm deyib. 

O, hökumətin Azərbaycan bölgələrinə qarşı ögey münasibətini sərt  tənqid edib.

Əlaqədar qurumları və turizm şirkətlərinin bələdçiliyi ilə ölkəyə gələn xarici turistlərin İsfahan, Şimali Xorasan və Fars əyalətlərinə yönləndirildiyini vurğulayan Firudin Babayi Əqdəm Azərbaycan bölgələrinin, xüsusilə Təbrizin adının o kataloqlarda olmadığını bildirmişdi.

2018-ci ildə Mədəni İrs, Turizm və İncəsənət nazirinin  müavini Mühibb Xudayi Azərbaycan əyalətlərinin yüksək potensialının olmasına baxmayaraq İsfahana daha çox diqqət ayrıldığını qeyd etmişdi. 

Onun sözlərinə görə, turistlər bilərəkdən daha çox həmin bölgəyə (İsfahana) istiqamətləndirilir. 

O, hər iki bölgənin turizm potensianın eyni olmasına baxmayaraq, İsfahana yönləndirilıən turist sayının 10 faizini cəlb edə bilmədiklərini demişdi.
 


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17