SON XƏBƏRLƏR

İranda hava çirkliliyi səbəbindən son 24 saat ərzində 2476 nəfər təcili tibbi yardıma müraciət edib

2021.10.20, 07:36
İranda hava çirkliliyi səbəbindən son 24 saat ərzində 2476 nəfər təcili tibbi yardıma müraciət edib

Gunaz.tv

GünAz TV: İranın bir çox bölgəsində, eləcə də Güney Azərbaycanda hava çirkliliyi davam edir.

 

İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi bu səbəbdən Tehran, İsfahan, Əlbürz, Mərkəzi, Qəzvin, Qum, eləcə də Şərqi və Qərbi Azərbaycan əyalətlərində son 24 saat ərzində ümumilikdə 2476 nəfərin təcili tibbi yardıma müraciət etdiyini deyib. Onun sözlərinə görə, həmin şəxslər ürək və tənəffüs problemlərindən əziyyət çəkən xəstələrdir. Ən çox müraciət 1209 nəfər olmaqla, Tehran əyalətindən daxil olub.

 

Qərbi Azərbaycandan müraciət edənlərin sayı 375, İsfahandan 317, Şərqi Azərbaycandan 227, Əlbürdzən 129, Mərkəzidən isə 71 nəfər təşkil edib.

 

İran Dövlət Hava Keyfiyyətinə Nəzarət Şirkətinin məlumatına əsasən, paytaxt Tehranın hava keyfiyyəti göstərici ötən həftənin cümə günü 109-dan dünən 147-ə, bəzi saatlarda isə, hətta 174-ə qədər yüksəlib. Təmiz hava indeksi 50-dən aşağı hesab edilir. Bu isə göstərir ki, Tehranda hava çirkliliyi stardartlardan 3 dəfə çoxdur. Ötən həftə çirklilik səbəbindən paytaxtda məktəb və universitetlərdə tətil elan olunmuşdu.

 

Şirkətin arxivində olan məlumatlar Tehranda cari il ərzində yalnız 25 gün təmiz havanın hakim olduğu müşahidə edilir.

 

Ötən həftə Tehranın icra hakimi Piruz Henaçi şəhər havasındakı partikulların göstəricisinin 200-ü aşdığını, bunun da artıq həyacan təbili və təhlükəli vəziyyət səviyyəsi demək olduğunu bildirmişdi.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar