SON XƏBƏRLƏR

İranda həbs edilən digər avstraliyalı Melburn Universitetinin elmi işçisidir

2021.10.20, 07:36
İranda həbs edilən digər avstraliyalı Melburn Universitetinin elmi işçisidir

Gunaz.tv

GünAz TV: Avstraliyanın İranda həbs edilmiş digər bir vətəndaşının da kimliyi məlum olub.

 

Avstraliya mətbuatının verdiyi məlumata görə, o, Melburn Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi Kylie Moore-Gilbertdir.

 

Məlumatlarda xanım Gilbertin 2018-ci ilin payızının sonunda saxlandığı, ona qarşı 10 il həbs cəzası verildiyi və hazırda Evin həbsxanasında olduğu bildirilir.

 

Kylie Moore-Gilbert Kembric Universitetində təhsil alıb və həbs olunana qədər Melburn Universitetində Yaxın Şərq üzrə mütəxəssis kimi çalışıb.

 

Digər saxlanılan 2 nəfər isə cütlükdür. Onların pilotsuz uçan aparatla çəkiliş etdikləri üçün “Sepah” terror təşkilatı tərəfindən saxlandığı deyilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar