SON XƏBƏRLƏR

İranda həbsdə saxlanılan avstraliyalı cütlük azadlığa buraxılıb

2021.10.20, 07:36
İranda həbsdə saxlanılan avstraliyalı cütlük azadlığa buraxılıb

Gunaz.tv

GünazTV: Üç ay İranda həbsdə saxlanılan avstraliyalı cütlük Jolie King və Mark Firkin azadlığa buraxılıb.

 

Bu barədə Avstraliyanın xarici işlər naziri Maris Pin oktyabrın 5-də jurnalistlərə açıqlama verib.

 

Xanım Pin deyib ki, Avstraliyanın Tehrandakı səfirliyinin rəsmiləri İran rəsmiləri ilə “həssas danışıqlar” apardıqdan sonra bu ölkənin vətəndaşları olan cütlük sərbəst buraxılıb: “Bu iki şəxs hazırda Avstraliyaya qayıdırlar və öz ailələrinə qovuşacaqlar. Onların əhval-ruhiyyəsi yaxşıdır və sağ-salamtdırlar.

 

Bundan başqa bizim daha bir vətəndaşımız, Melburn Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi olan  Kylie Moore-Gilbert də İranda həbsdə saxlanılır. Ona qarşı daha mürəkkəb və ağır bir cinayət işi açılıb, sonradan da 10 il həbsə məhkum edilib. Lakin biz bu vətəndaşımıza qarşı irəli sürülən ittihamları rədd edir, onun da azadlığa çıxıb öz vətəninə qayıtması uğrunda çalışacaq, əlimizdən gələni edəcəyik ” –deyə Avstraliyanın xarici işlər naziri Maris Pin əlavə edib.

 

Bildirilir ki, hər ikisi bloger (bloqçu) olan avstraliyalı cütlük Orta Şərq və Asiya ölkələrinə səfərlərində əldə etdikləri təcrübələri barədə sosial şəbəkələrdə matriallar yazıb yayırlar. Lakin onlar üç ay əvvəl Qazaxıstan və Pakistana səfərdən sonra yoxa çıxdılar. Sonradan isə onların İrana səfər etdiyi və bu ölkədə həbs edildikləri məlum olub. Onların Tehranın yaxınlığındakı Cacerud məntəqəsində pilotsuz uçan aparatla çəkiliş edərkən “Sepah” terror təşkilatı tərəfindən saxlandığı deyilir.

 

 Ötən il Avstraliyada həbs edilən iranlı tələbə Rza Dehbaşi həmin gün, yəni cütlüyün azad edildiyi gün azadlığa buraxılaraq Tehrana qayıdıb. O, təhsil adı altında qanunsuz işlərlə məşğul olaraq, Amerikanın hərbi avadanlıqlarını İrana göndərmək üçün satın almağa cəhddə günahlandırılıb.

 

İranla Avstraliya rəsmiləri arasında həmin şəxslərin qarşılıqlı şəkildə azad edilməsi ilə bağlı hansısa bir razılıq əldə edilib-edilmədiyi açıqlanmayıb.

 

Tehranın Evin zindanında saxlanılan Melburn Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi  Kylie Moore-Gilbert

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar