İran həbsxanasında rəzalət: Siyasi məhbus xanım vəhşicəsinə döyüldü

2021-06-11 16:13

İranın Rey şəhərinin Qərçək zindanında saxlanılan siyasi-mədəni fəal, qadın hüquq müdafiəçisi Şəkila Münfərid vəhşicəsinə döyülüb.

Gunaz.tv Quote | Gunaz article

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, təhlükəli məhbuslar zindan məmurlarının göstərişi ilə Şəkila Münfəridi vəhşicəsinə döyüb, təhqir edib, ton balığının açılmış qutusunun iti qapağı ilə ona xəsarət yetiriblər.  


Xanım siyasi məhbusun konkret hansı səbəbdən döyülərək təzyiqə məruz qaldığı bilinmir.


Yayılan məlumatda bildirilir ki, 28 yaşlı Şəkila Münfərid ötən ilin sentyabrında evindən çıxarkən İranın mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, SEPAH-ın Tehrandakı ETTELAAT təşkilatının təcridxanalarından birinə aparılsa da, sonradan Evin zindanına köçürülüb.

O az sonra Tehran İnqilab Məhkəməsi tərəfindən “Sistemə qarşı təbliğat aparmaqda” və “İslam müqəddəslərini təhqir etməkdə” günahlandıraraq 6 il 4 ay həbsə məhkum olsa da, sonradan Tehran Apellyasiya Məhkəməsində ona çıxarılan həbs cəzasının müddəti 4 il 2 aya endirilib.


Bildirilir ki, Şəkila Münfərid bu ilin may ayının əvvəllərində barəsində çıxarılmış həbs cəzasını çəkmək üçün Rey şəhərinin Qərçək zindanına sürgün edilib. 


Xanım siyasi məhbusun son vəziyyəti barədə hər hansı bir məlumat yayılmayıb.
 

تبعید شکیلا منفرد از زندان اوین به زندان قرچک ورامین | اتحاد زندانیان سیاسی  ایران 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb. 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31