SON XƏBƏRLƏR

İranda həkim səhvləri ötən 9 ay ərzində 11% artıb

2021.10.20, 07:36
İranda həkim səhvləri ötən 9 ay ərzində 11% artıb

Gunaz.tv

GünAz TV: İran Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi Birliyinin sədri Abbas Məscidi Arani son 9 ay ərzində həkim səhlənkarlığı və səhvi ilə bağlı ölkədə 22 mindən çox cinayət işinin açıldığını bəyan edib.

 

O qeyd edib ki, göstərilən müddət ərzində həkim səhlənkarlığı ötən ilin oxşar dövrü ilə müqayisədə 5% artıb.

 

“Keçən və bu il ərzində həkim səhlənkarlığı ilə bağlı açılmış cinayət işlərinin sayı o qədər çoxdur ki, onları saxlamaq üçün böyük bir binaya ehtiyac var”, - deyə Abbas Məscidi Arani əlavə edib.

 

Patoloji Anatomiya Birliyinin sədri keçən il ərzində həkim səhvi ilə bağlı ümumilikdə 20 min cinayət işi başladılıb. Onlardan 46%-də həkim səhvinin olduğu sübuta yetirilib.

 

Qeyd etmək lazımdır ki, İranda son illər ərzində həkim səhvi nəticəsində ölüm, eləcə də xəstələrin əlil olması halları çoxalıb. Bu xüsusda İran kinosunun tanınmış simalarından biri olan Abbas Kiyarüstəminin həkim səhvi nəticəsində ölməsi, eləcə də həkimlərin bir neçə ay öncə yeni doğulmuş körpənin kiçik barmağını səhvən kəsməsinə işarə etmək olar.

 

2017-ci ildə də İran Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri olan Əhməd Şücai bildirmişdi ki, həkim səhvinə görə tutulan tibb işçilərinin sayı 21% çoxalıb və bu sahədə rəqəmlər artmaqdadır.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar