SON XƏBƏRLƏR

İranda hökumət əleyhinə fəaliyyətlərinə görə daha 5 nəfər dar ağacından asılıb

2021.10.20, 07:36
İranda hökumət əleyhinə fəaliyyətlərinə görə daha 5 nəfər dar ağacından asılıb

Gunaz.tv

GünAzTv: İranda edamlar daha da sürətlənib. Dünən 5 nəfər Evin həbsxanasında asılmaqla edam edilib. Onlar  bomba partladılması və digər hücumlarda ittiham olunurlar. Bu barədə  İranın dövlət İRNA xəbər agentliyinin məlumat yayıb.

 

Edam edilənlər İranda islam əleyhinə ən böyük cinayət hesab edilən mohareb olmaqda (Allahın düşməni olmaq) ittiham ediliblər.

 

Xəbər agentliyi bildirir ki, bir qadın da daxil olmaqla edam edilən şəxslərdən dördü kürd üsyançı qrup PJAK-ın üzvləri olublar. İRNA onların adlarını açıqlarının Fərzad Kanagar, Əli Heydəriyan, Fərhad Vəkili və Şirin İlmholi oduğunu bildirib.

 

İRNA bildirir ki, beşinci fəal Mehdi İslamian 2008-ci ildə Şirazda məsciddə insan ölümülə nəticələnmiş bomba hücumunda əli olmuş monarxis qruun üzvü olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar