İranda ilk Səs və Musiqi muzeyinin qurucusu Hüseyin Sacidi üzləşdiyi çoxsaylı çətinliklər səbəbindən muzeyi Tehrana köçürməyi düşünür.
Gunaz.tv
Bundan öncədə Təbrizdə ilklərdən olan bir neçə sənət mərkəzi Tehrana köçürülübdür. Bir müddət öncə təbrizli tanınmış kolleksiyoner Məhəmməd Əli Cədidül İslam tehrana köçməyə məcbur oldu.

Hüseyin Sacidi 40 il ərzində özünün şəxsi imkanları hesabına səs və musiqiyə aid bir çox əşyanı toplayaraq şəxsi mənzilində muzey qurubdur. Ancaq uzun illərdən sonra ilgili orqanların buna əhəmiyyət verməməsi və muzey üçün yer ayırmamaları səbəbindən sənətçi onu Tehranda qurmaq qərarına gəlib.

H.Sacidi Təbrizin “azarancoman” saytına verdiyi müsahibədə deyib: “Bundan artıq məsulların qapısı arxasında gözləyib, təhqir olunub və heç nəyə nail olmadan dözmək yersizdir. Problemlərin həlli və muzeyin qurulması üçün Tehran məsullarına müraciət etmək fikrindəyəm.”
C.E
