SON XƏBƏRLƏR

İranda illik inflyasiyanın həddi təqribən 35% elan edilib

2021.10.20, 07:36
İranda illik inflyasiyanın həddi təqribən 35% elan edilib

Gunaz.tv

GünAz TV: İran Mərkəzi Statistika Komitəsi illik inflyasiyanın həddi ilə bağlı statistika yayıb.

 

Məlumata əsasən, İranda 1398-ci ilin (21 mart 2019- 20 mart 2020-red.) sonuna qədər ötən 12 ay ərzində inflyasiya həddi 34.8% olub.

 

Statistikada qeyd edilir ki, qida məhsullarının qiymətinin artması inflyasiya həddindən yüksək, xidmət sektorunda bahalaşma isə bu həddən aşağı olub.

 

Komitə qida və içkilərin inflyasiya həddini 43% elan edib.

 

Statistikaya əsasən, ötən 12 ay ərzində ət və balığın qiymətində 50-56%, meyvə-tərəvəzin qiymətində isə ümumilikdə 56% qiymət artımı müşahidə edilib.

 

Komitə bildirir ki, kənd yerlərində inflyasiya həddi şəhərlərə nisbətən daha yüksək olub. Kəndlərdə bahalaşmanın 37.3%, şəhərlərdə isə 34.4% olduğu qeyd edilir.

 

Xatırladaq ki, İranda 2018-ci ilin avqust ayından etibarən inflyasiya həddi kəskin yüksəlməyə başlayıb. Rəqəmlər 2019-cu ilin avqust- sentyabr ayları ərzində rekord həddə- 42.7%-ə qədər çatmışdı. Lakin bir müddət sonra İran Mərkəzi Statistika Komitəsi aylıq inflyasiya həddinin azaldığını bəyan etmişdi.

 

İnflyasiya həddinin azalması qiymətlərin ucuzlaşması demək deyil. Bu, qiymət artımının sürətli deyil, yavaş-yavaş baş verməsi anlamına gəlir.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar