SON XƏBƏRLƏR

iranda İnsan haqlarından danışan tələbələrə diplom verilmir

2021.10.20, 07:36
iranda İnsan haqlarından danışan tələbələrə diplom verilmir

Gunaz.tv
İnsan haqlarından danışan tələbələrə diplom verilmir c6debda6-e3e4-4f59-82e2-beda94c29b42_w220_s.jpg Təbriz Universitetinin tələbələri Nadir Məhdi-Qarabaği, Nahid Babazadə, Səməd Paşayi və Əmin İmami milli haqlar, insan hüquqlarından danışdıqları üçün hakimiyyətin, eləcə də bu ali təhsil ocağının təzyiq və hədələrinə məruz qalıblar. Universitetin təhlükəsizlik komitəsi tərəfindən təzyiqə məruz qalan bu tələbələrə rektorluq ali təhsil diplomu verməkdən imtina edib. Hakimiyyət təmsilçiləri onları universitet daxilində «pozuculuq fəaliyyəti ilə məşğul olmaqda», eləcə də «çeşidli nümayişlərin təşkilində» günahlandırıblar. Hələ keçmiş prezident Məhəmməd Hatəminin prezidentliyi dövründə tələblər hakimiyyətdən ali təhsil ocaqlarındakı «təhlükəsizlik komitələri»nin yığışdırılmasını tələb edirdilər. Tələbələr bu sayaq qurumların mövcudluğunu özlərinə təhqir sayırlar. O zaman Hatəmi gənclərə vəd versə də, bu öhdəliyini də yerinə yetirməyib. azadliq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar