SON XƏBƏRLƏR

İranda insan haqlarının durumu

2021.10.20, 07:36
İranda insan haqlarının durumu

Gunaz.tv
İranda insan haqlarının durumu Dəyirmi masa iştirakçılarına görə, qeyri-fars millətlərə olan qeyri-insani rəftar diqqəti cəlb edir "İranda insan haqlarının pozulması faktlarının sayı artıb". Bu barədə Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatının sədri Mərdan Seyidli qurumun təşəbbüsü ilə "İranda insan haqlarının bugünkü durumu" mövzusunda dünən təşkil edilən dəyirmi masada bildirib. Mərdan Seyidli bildirib ki, qeyri-fars millətlərə olan qeyri-insani rəftar, işgəncə, edam, sürgün və mədəni soyqırım halları dünya ictimaiyyətinin diqqətini cəlb edib. Onun sözlərinə görə, İranda hakimiyyəti ələ keçirən farslar din faktorundun istifadə edərək, digər millətləri istismar edir. DAK İnformasiya Mərkəzinin rəhbəri Əlirza Amanbəyli İranda yaşayan azərbaycanlıların öz haqları uğrunda apardıqları mübarizəyə diqqəti yönəldib (APA). O bu məsələdə beynəlxalq təşkilatları aktiv olmağa da çağırıb. Ə.Amanbəyli deyib ki, 2007-ci ildə 470 İran vətəndaşı müxtəlif səbəblərdən aşkar şəkildə edam olunub. Güney Azərbaycan İstiqlal Partiyasının informasiya mərkəzinin sədri Sadiq İsabəyli, Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı nümayəndəliyin rəhbəri Ağrı Qaradağlı və digərləri beynəlxalq təşkilatların diqqətini İranda baş verənlərə yönəltməyin vacibliyini vurğulayıblar. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar