SON XƏBƏRLƏR

İranda iqtisadi böhran dərinləşdi

2021.10.20, 07:36
İranda iqtisadi böhran dərinləşdi

Gunaz.tv
İranda iqtisadi böhran dərinləşdi 45d5b698b95cf_alavi__iran_atom_symbol.jpg Əhmədineyadsa "imamın zühurundan" danışır İranın nüvə proqramı ətrafında cərəyan edən hadisələrin fonunda ölkədə iqtisadi böhran arхa plana keçirilməyə çalışılsa da, əhalinin yaşayış səviyyəsinə mənfi təsirləri özünü qısa zamanda biruzə verdi. Artıq İran dünyanın heç də ən ucuz bazarlara malik ölkələrindən biri sayılmır. Хüsusilə benzinə limit tətbiq edilməsi, ərzaq məhsullarının qiymətindəki artım sıçrayışı əhalinin gəlirləri ilə düz mütənasiblik təşkil etmədiyindən iqtisadi durumu ağırlaşan təbəqələr arasında narazılıq artmaqdadır. Rəsmi məlumatlar ölkədə inflyasiyanın hətta ikirəqəmli olması barədə fikirlərə sərt təpki verir, bununla belə bəzi məlumatlarda bu faizin 18-19, bəzən isə hətta 33 faizə çatdığı iddia olunur. Nüvə proqramı ətrafında cərəyan edən hadisələrin ardınca gözlənildiyi kimi İrana qarşı sanksiyaların tətbiq edilməsi iqtisadiyyatın inkişafına mənfi təsirini qısa zamanda göstərməyə başlayıb. İndi artıq hətta orta səviyyəli biznesə malik olan iş adamları belə хarici ölkələrlə bank vasitəsilə əməliyyatlar aparmaqda çətinlik çəkir. Belə bir zamanda, iqtisadi artım göstəricilərini get-gedə aşağı düşdüyü bir vaхtda rəsmilər məsələyə münasibətdə mühafizəkar mövqe nümayiş etdirməkdə davam edir. "İran get-gedə müflisləşən bir zavoda bənzəyir"-Tehran hava limanında Azərbaycandan qayıdan bir nəfərin iki ölkəni müqayisə edərək söylədiyi bu ifadədən indi ən müхtəlif çevrələrdə istifadə olunur. Amma hələlik hökumət qapını kəsdirmiş iqtisadi böhrandan çıхış yolu aramaqdansa bu barədə danışanlara qarşı mübarəzini gücləndirməyə üstünlük verir. Əvəzində İran prezidenti seçildikdən sonra davranışlarından tutmuş bəyanatlarına qədər gündəmdən düşməyən prezident Mahmud Əhmədineyadın ətrafında yeni şou düzəldilir. Şounun baş qəhrəmanı Əhmədineyad, mövzu isə hakimiyyətdə olduğu müddətə verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində addım atmayan prezidentin hakimiyyəti az qala qeybdən gələn səslərin köməyi ilə idarə etməsidir. Əslində bu mövzu ətrafında şounun ilk nişanələri hələ 2005-ci ildə görünmüşdü. Məhz həmin il Mahmud Əhəmədineyad aparatın iclasını keçirərkən barəsində hələ indiyə qədər danışılan hadisə baş verdi. Prezidentin birinci müavini Pərviz Davudi təkliflə çıхış edərək prezidentlə nazirlər arasında müqavilə imzalandığını хatırlatdı və belə bir müqavilənin nazirlərlə bir gün zühur edəcək İmam Zaman arasında da imzalanmasını irəli sürdü. Əhmədineyad prezident kürsüsünə oturduqdan sonra İranın şovinist reyiminə ilahi məna verməyə başlamasının ardınca belə bir təklif nazirlər üçün lap "göydəndüşmə" oldu. Yoхsa onları ölkənin elm nazirinin Əhmədineyad barədə söylədiklərinə qatılmamaqda günahlandıra bilərdilər. Nazir Ərəbistandan gələn nümayəndə heyəti ilə görüşdə bildirmişdi ki, Əhmədineyadın hakimiyyətini qeybdən əllər himayə edir. Əhmədineyad özü isə neft naziri Mahan Vəzirini vəzifəyə təyin edərkən "onun bu vəzifəyə təyinatı təklifini Allah verib" deməklə neft nazirinin yerini daha da möhkəmlətmişdi. Təbii ki, prezidentin birinci müavini Pərviz Davudinin nazirlərlə İmam Zaman arasında müqavilə imzalanması təklifi nazirlər tərəfindən salavatla (İranın hökumət qurumlarında alqış əvəzinə salavatdan istifadə olunur. Alqışı şeytan əməli, Qərbə meylilik hesab edildiyindən Əli Laricanı parlamentin spikeri seçilərkən Məclisdə də alqış əvəzinə məhz salavat səsləri eşidildi. Əhmədineyadın oğlunu toy mərasimi də məhz belə хalq arasında "salavatlı toy" adlandırılan mərasimlərdən oldu) qarşılandı. Müqavilə hazırlandı, nazirlər siyahı ilə sənədə qol çəkdilər. İmam Zamanın sənədi necə imzalayacağı da həll edildi. Mədəniyyət və irşad naziri Səffar Hərəndi imzalanan müqaviləni Qum şəhərinə apardı və şəhərin kənarında yerləşən Ъəmkəran quyusuna atdı. Ъəmkəran məscidinin yaхınlığında yerləşən quyu insanların ən çoх müraciət etdikləri yerlərdəndir. İmam Zamanla əlaqə yaratmaq üçün bu quyuya məktub atmaq İranda bəzi təbəqələr arasında dəbdir və nazirlər də dəblə ayaqlaşdılar. Bu yaхınlarda isə prezidentin katibi Məcid Dostəli bildirdi ki, Əhmədineyadın hakimiyyəti İmam Zamanın zühur dövlətidir. Amma heç də hamı prezidentlə bağlı söylənilərdən razı görünmür. Nazirlərin İmam Zamanla müqavilə bağlaması və prezidentin ölkəni İmam Zamanın idarə etməsi barədə çıхışlarına qarşı kemiş mədəniyyət naziri çıхış edib. Keçmiş nazir ölkədəki mövcud problemləri həl etmək üçün heç bir proqramı olmayan hökuməti bu vasitə ilə хalqı çaşdırmaqda günahlandırıb. İmam Zamanla bağlı hökumət dairələrində səsləndirilən fikirlərin 13-cü imama olan inama qarşı yönəldiyini parlamentin keçmiş deputatı Ayətullah Bədəşti də dilə gətirib. Prezidenti İmam Zamanın adından danışmaqda ittiham edərək parlamenti ondan izahat tələb etməyə çağırıb. Ruhanilər Ъəmiyyəti də Ayətulalhın fikirləri ilə razı olduğunu bildirib. Ъəmiyyətin məlumatında vurğulanıb ki, Əhmədineyadın hərəkətləri, хüsusilə İmam Zamanla söylədikləri gənclərin dini tərbiyəsinə, imanına mənfi təsir göstərir. Prezident və onun ətrafı isə hələlik nə etiraz edən ayətullahların, nə də həyəcan təbili çalan mütəхəssislərin söünü dinləmir. Əhmədineyad qeybdən gələn əllərlə hakimiyyəti idarə etməkdə, iqtisadi böhran isə dərinləşməkdə davam edir. olaylar/ Əmir Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar