İranda “islam peyğəmbərini söymək”də günahlandırılan 2 məhkuma ölüm hökmü çıxarılıb

2021-04-23 12:29

İranın Ərak şəhərinin zindanında saxlanılan, islam peyğəmbərini “söyməkdə” günahlandırılan 2 məhbus edama məhkum olunub.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata əsasən, Ərak Cinayət Məhkəməsinin 1-ci şöbəsi “peyğəmbəri söymək”də təqsirli bilinən hər iki məhkuma ölüm hökmü çıxarıb və hökm aprelin 22-də hər iki məhbusa elan edilib.


Edama məhkum edilən məhkumlardan birinin adı, Güney Azərbaycanın Ərdəbil şəhərinin sakini olan Yusif Mehrdaddır. Digər məhkumun kimliyi və milli mənsubiyyəti hələlik bəlli deyil.


Bildirilir ki, 2020-ci ilin may ayında həbs edilən məhkum Yusif Mehrdad barəsində ikinci bir cinayət işi də açılıb. Bu dəfə o, “Sistemə qarşı təbliğat aparmaqda”, “Qanunsuz qrup yaratmaqda” və “İslam inqilabının banisi Ruhullah Xomeynini və indiki rəhbər Əli Xamneyini təhqir etməkdə” günahlandırılıb.


Həmin ittihamlara görə, mayın sonunda (xordadın 3-də) Yusif Mehrdadın yeni məhkəməsi keçiriləcək. 
 

Qeyd edək ki, İrandakı İslam Cəza Qanununun 262-ci maddəsinə görə, islam peyğəmbərini söyən və ya təhqir edənlər edama məhkum edilməlidir. 


Xatırladaq ki, Beynəlxalq Əfv Təşkilatının aprelin 21-də dünyada baş verən edamlarla bağlı yaydığı yeni hasabatına əsasən, İran İslam Respublikası 2020-ci ildə 246 ölüm hökmünü icra etməklə dünyada edamların sayına görə Çindən sonra ikinci yeri tutur. 

 
A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15