SON XƏBƏRLƏR

İranda jurnalist və araşdırmaçı Xosro Sadiqi Bruceni 8 il həbsə məhkum edilib

2021.10.20, 07:36
İranda jurnalist və araşdırmaçı Xosro Sadiqi Bruceni 8 il həbsə məhkum edilib

Gunaz.tv

GünazTV: İran inqilab məhkəməsi jurnalist və araşdırmaçı Xosro Sadiqi Brucenini 8 il həbsə məhkum edib.

 

Bu barədə, jurnalist fevralın 3-də “Twitter” səhifəsində məlumat yayıb.

 

Xosro Sadiqi Bruceni bildirib ki, axund Məhəmməd Moqisənin başçılıq etdiyi Tehranın inqilab məhkəməsi onu ökənin mili təhlükəsizliyinə qarşı çıxmaqda, qanunsuz toplantılara qatılmaqda, sistemə qarşı təbliğat aparmaqda və islam respublikasının qurucusu Ruhullah Xomeynini təhqir etməkdə günahandıraraq 8 il həbsə məhkum edib.

 

İranın “İlna” saytının yazdığına görə, jurnalist barəsində çıxarılan hökmə görə Apellyasiya Məhkəməsinə müraciət edə bilər.

 

Bildirilir ki, jurnalizm sahəsindəki fəaiyyəti ilə yanaşı, həm də əmək və sosial refah mövzularında araşdırmalar aparan Xosro Sadiqi Bruceni, bu ilin may ayında Tehranın Evin zindanına çağırılmış, dindirildikdən sonra həbs edilmişdi. O, az müddət saxlandıqdan sonra 300 milyon tümənlik mülk vəsiqəsi girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar