SON XƏBƏRLƏR

İranda Kazerun şəhərinin imam cüməsi bıçaqlanaraq qətlə yetirilib

2021.10.20, 07:36
İranda Kazerun şəhərinin imam cüməsi bıçaqlanaraq qətlə yetirilib

Gunaz.tv

GünazTV: İranın Kazerun şəhərinin imam cüməsi (cümə namazının rəhbəri) axund Məhəmməd Xorsənd naməlum şəxsin hücumuna məruz qalaraq qətlə yetirilib.

 

Bu barədə, İranın Fars əyalətinin hüquq-mühafizə qüvvələri komandanının ictimai məsələlər üzrə müavini polkovnik Kavus Məhəmmədi mayın 29-da jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, hadisə, mayın 29-u saat 03:30 radələrində baş verib: “Kazerun imam cüməsi Qədr gecəsinin ehya mərasimindən qayıdarkən mənzili qarşısında naməlum şəxsin hücumuna məruz qalaraq bıçaqlanıb. Qarın nahiyəsindən bıçaq zərbələri alan imam cümə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb və o xəstəxanada keçinib. Hücumçu şəxsin kimliyi artıq bəlli olub və hazırda polis əməkdaşları qatili yaxalamaq üçün axtarış əməliyyatına başlayıblar” –deyə Kavus Məhəmmədi vurğulayıb.

 

Polis rəsmisi, polkovnik Kavus Məhəmmədi

 

Kavus Məhəmmədi, hücumçunun kimliyini və axunda hücumun səbəbini açıqlamasa da, qətlin ötən ilin aprel və may aylarında Kazerunda yeni ərazi bölgüsünün aparılmasına qarşı keçirilən kütləvi etirazlarla əlaqələndirildiyi təxmin edilir. Bu etirazlar, onlarla şəxsin ölümü və yaralanması ilə nəticələnmişdi. Bildirilir ki, həmin vaxt Kazerunda yeni ərazi bölgüsünün aparılmasına müxalif olan axund Məhəmməd Xorsəndlə bəzi əyalət rəsmiləri arasında bununla bağlı ixtilaf və fikir ayrılığı yaranmışdı.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar