SON XƏBƏRLƏR

İranda koronavirus qurbanlarının sayı 5391 nəfərə yüksəlib

2021.10.20, 07:36
İranda koronavirus qurbanlarının sayı 5391 nəfərə yüksəlib

Gunaz.tv

GünAz TV: İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirusla bağlı son statistikanı açıqlayıb.

 

Onun sözlərinə görə, son 24 saat ərzində ölkədə 1194 xəstəliyə yoluxma halı qeydə alınıb. Bununla da İranda sözügedən infeksiyaya tutulmuş şəxslərin sayı ümumilikdə 84996 nəfərə yüksəlib.

 

Cahanpurun sözlərinə görə, infeksiyaya yoluxmuş xəstələrdən indiyədək 63113 nəfəri sağalıb. O, həmçinin qeyd edib ki, hazırda xəstəxanada müalicə alanlardan 3 min 311 nəfərinin vəziyyəti ağırdır və onlar intensiv terapiya şöbəsinə yerləşdiriliblər.

 

Sözçü sonda 94 yeni ölüm faktı ilə ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayının 5391 nəfərə yüksəldiyini deyib.

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar