SON XƏBƏRLƏR

İranda koronavirus səbəbindən spirtdən zəhərlənənlərin sayı kəskin çoxalıb

2021.10.20, 07:36
İranda koronavirus səbəbindən spirtdən zəhərlənənlərin sayı kəskin çoxalıb

Gunaz.tv

GünAz TV: İranda koronavirusun yayılmasından sonra spirtdən zəhərlənən insanların sayında kəskin artım müşahidə edilir.

 

Bu barədə yerli media orqanlarına məlumat verən Tehran Loğman Həkim Xəstəxanasının taksokologiya (zəhərlənmə-red.) şöbəsinin rəhbəri Şahin Şadniya bildirib ki, son günlər ərzində metanol spirtindən zəhərlənmə halları ilə xəstəxanaya daxil olan xəstələrin sayı kəskin artıb.

 

O, insanların koronavirusla mübarizə üçün həmin növ spirti içdiyini deyib. Lakin Şahin Şadniya spirt içməyin korona epidemiyasının qarşısını almadığını, əksinə insan orqanizmini ciddi zədələdiyini qeyd edərək, insanları bu addımdan çəkinməyə çağırıb.

 

Həkimin sözlərinə əsasən, spirtdən zəhərlənmə hallarına görə xəstəxanalara müraciət edənlər arasında ölüm halları da qeydə alınıb.

 

Bəzi media orqanları hazırda 11 nəfərin spirtdən zəhərlənmə diaqnozu ilə Tehran Loğman Həkim Xəstəxanası taksokologiya və intensiv terapiya şöbələrində müalicə aldığı barədə məlumat yayıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar