SON XƏBƏRLƏR

İranda koronavirusa yoluxanların sayı 6566 nəfərə, virusdan ölənlərin sayı isə 194 nəfərə çatıb

2021.10.20, 07:36
İranda koronavirusa yoluxanların sayı 6566 nəfərə, virusdan ölənlərin sayı isə 194 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 8-də jurnalistlərə açıqlamasında ölkədə koronavirusdan ölənlərin və virusa yoluxanların yeni statistikasını yayıb.

 

Cahanpur bildirib ki, son bir sutkada ölkədə daha 743 nəfərin virusa yoluxması aşkarlanaraq qeydə alınıb: “Dünən bu günə qədər daha 49 nəfər virusdan ölüb. Bununla da bizdə olan son statistikaya əsasən, ölkədə virusa yoluxanların sayı 6566 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1194 nəfərə yüksəlib.

 

Ölkədə virusa yoluxanların sayına gəldikdə, bu günə qədər ümumilikdə 1805 nəfər Tehranda, 685 nəfər Qumda, 496 nəfər Gilanda, 564 nəfər İsfahanda, 307 nəfər Əlbürzdə, 620 nəfər Mazandaranda, 335 nəfər Mərkəzi əyalətdə, 207 nəfər Qəzvində, 175 nəfər Simnanda, 175 nəfər Gülüstanda, 154 nəfər Rəzəvi Xorasanda, 104 nəfər Fars əyalətində, 144 nəfər Loristanda, 107 nəfər Şərqi Azərbaycanda, 69 nəfər Xuzistanda, 87 nəfər Yəzddə, 53 nəfər Zəncanda, 63 nəfər Kürdüstanda, 50 nəfər Ərdəbildə, 33 nəfər Kirmanşahda, 41 nəfər Kirmanda, 60 nəfər Həmədanda, 34 nəfər Sistan-Bəlucistanda, 35 nəfər Hormozqanda, 44 nəfər Cənubi Xorasanda, 24 nəfər Şimali Xorasanda, 21 nəfər Çaharmahal Bəxtiyaridə, 15 nəfər İlamda, 40 nəfər Qərbi Azərbaycanda, 9 nəfər Kohkiluye və Boyer Əhməddə, 10 nəfər isə Buşehr əyalətində koronavirusa yoluxub.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 194-nəfərə, yoluxanların sayının isə 6566 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar