SON XƏBƏRLƏR

İranda koronavirusa yoluxanların sayı 7161 nəfərə, xəstəlikdən ölənlərin sayı 237 nəfərə yüksəlib - Bu günə olan statistika

2021.10.20, 07:36
İranda koronavirusa yoluxanların sayı 7161 nəfərə, xəstəlikdən ölənlərin sayı 237 nəfərə yüksəlib - Bu günə olan statistika

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 9-da mediaya açıqlamasında ölkədə koronavirusa yoluxanların və xəstəlikdən ölənlərin yeni statistikasını yayıb.

 

O bildirib ki, son bir sutka ərzində ölkədə daha daha 595 nəfərin virusa yoluxduğu aşkarlanıb: “Dünən bu günə qədər həmçinin daha 43 nəfər xəstəlikdən ölüblər. Beləliklə də, yenilənmiş statistikaya əsasən, bu günə qədər ölkədə koronavirusa yoluxanların sayı 7161 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 237 nəfərə yüksəlib.

 

Həmçinin, ölkədə virusa yoluxanlardan 2394 nəfəri xoşbəxtlikdən sağaldıqdan sonra xəstəxanalardan evə buraxılıb.

 

Ölkədə virusa yoluxanların əyalətlərə görə sayına gəldikdə, bu günə qədər ümumilikdə 1945 nəfər Tehranda, 712 nəfər Qumda, 524 nəfər Gilanda, 601 nəfər İsfahanda, 307 nəfər Əlbürzdə, 633 nəfər Mazandaranda, 389 nəfər Mərkəzi əyalətdə, 247 nəfər Qəzvində, 220 nəfər Simnanda, 175 nəfər Gülüstanda, 183 nəfər Rəzəvi Xorasanda, 133 nəfər Fars əyalətində, 151 nəfər Loristanda, 129 nəfər Şərqi Azərbaycanda, 73 nəfər Xuzistanda, 90 nəfər Yəzddə, 68 nəfər Zəncanda, 66 nəfər Kürdüstanda, 72 nəfər Ərdəbildə, 44 nəfər Kirmanşahda, 36 nəfər Kirmanda, 60 nəfər Həmədanda, 34 nəfər Sistan-Bəlucistanda, 52 nəfər Hormozqanda, 37 nəfər Cənubi Xorasanda, 34 nəfər Şimali Xorasanda, 26 nəfər Çaharmahal Bəxtiyaridə, 31 nəfər İlamda, 69 nəfər Qərbi Azərbaycanda, 9 nəfər Kohkiluye və Boyer Əhməddə, 11 nəfər isə Buşehr əyalətində koronavirusa yoluxub” -deyə,

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus qurbanlarının bu günə qədər olan statistikasını açıqlayarkən bəyan edib.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 237-nəfərə, yoluxanların isə sayının 7161 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar