SON XƏBƏRLƏR

İranda koronavirusa yoluxanların sayı 9000 nəfərə, ölənlərin sayı isə 354 nəfərə yüksəlib

2021.10.20, 07:36
İranda koronavirusa yoluxanların sayı 9000 nəfərə, ölənlərin sayı isə 354 nəfərə yüksəlib

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 10-da mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının sayının yeni statistikasını açıqlayıb.

 

O bildirib ki, son bir sutkada İranda daha onlar nəfər koronavirusdan ölüb: “Dünən günorta saatlarından başlayaraq bu günə qədər ölkədə daha 958 nəfərin koronavirusa yoluxduğu aşkar edilib: “Həmçinin həmin müddətdə daha 63 nəfərin virusdan öldüyü qeydə alınıb.

 

Beləliklə də, son bir gün ərzində İranda koronavirusa yoluxanların sayı 9000 nəfərə, virusdan ölənlərin sayı isə 354 nəfərə yüksəlib” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

Cahanpur həmçinin koronavirusun yayılmasının qarşısını almaq üçün ölkə vətəndaşlarına müraciət edərək, onları gigiyena qaydalarına tam riayət etməyə, daha çox evdə qalmağa, imkan daxilində küçələrə və səfərlərə çıxmamağa çağırıb.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə virusdan ölənlərin sayının 354-nəfərə, yoluxanların sayının isə 9000 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin bildirdiyinə görə, İran rejimi ölənlərin sayını az göstərməklə, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən dəhşətli faciənin miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar