İranda son sutkada koronavirusdan daha 108 nəfər vəfat edib, 8 510 yeni növ “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə martın 1-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 60 181 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 639 min 679 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 399 min 934 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçünün bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 727 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 10 milyon 912 min 409 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 60 181 nəfərə, yoluxanların sayının isə 1 milyon 639 min 679 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 230 600 nəfəri keçdiyini, 26 milyon 650 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M