İranda koronavirusdan daha 53 nəfər ölüb, 8088 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-03-12 14:49

İranda son sutka ərzində koronavirusdan daha 53 nəfər vəfat edib, 8088 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə martın 12-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 61 069 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 731 min 558 nəfərə yüksəlib.

 
Xanım Lari deyib ki, İranda bu günə qədər 1 milyon 477 min 588 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.

 
Larinin sözlərinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 829 nəfərin vəziyyəti ağırdır. 
 
 
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 11 milyon 588 min 441 test aparılıb.

 
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 61 069 nəfərə, yoluxanların sayının isə 1 milyon 731 min 558 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 233 900 nəfəri keçdiyini, 28 milyon 110 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

شناسایی ۸۰۸۸ بیمار جدید کرونایی/ حال ۳۸۲۹ نفر وخیم است

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”

2021-06-21

gun az article

Ukraynalı deputat: "Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək"

2021-06-21

gun az article

Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21

gun az article

BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib

2021-06-21

gun az article

Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən danışdı

2021-06-21

gun az article

Anomal isti ilə bağlı xəbərdarlıq edildi

2021-06-21

gun az article

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

2021-06-21

gun az article

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

2021-06-21

gun az article

İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21

gun az article

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

2021-06-21

gun az article

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib -FOTO

2021-06-21

gun az article

Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

2021-06-21

gun az article

Laçının Qalaça kəndi - VİDEO

2021-06-21

gun az article

Nigar Arpadarai: “AŞPA-da əsas məsələləri gündəmə gətirəcəyik”

2021-06-21

gun az article

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

2021-06-21

gun az article

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

2021-06-21

gun az article

Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21

gun az article

Şimali Xorasanda təlim təyyarəsi qəzaya uğrayıb: 2 ölü-FOTO

2021-06-21

gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21