İranda son sutka ərzində koronavirusdan daha 69 nəfər vəfat edib, 8 103 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə fevralın 26-da məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 59 899 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 615 min 184 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 379 min 922 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü bildirib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 720 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 10 milyon 734 min 375 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 59 899 nəfərə, yoluxanların sayının isə 1 milyon 615 min 184 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 229 700 nəfəri keçdiyini, 26 milyon 560 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M