İranda son sutkada koronavirusdan daha 69 nəfər dünyasını dəyişib, 6 207 yeni növ “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə yanvarın 23-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 57 294 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 367 min 032 nəfərə çatıb.
Xanım Lari deyib ki, İranda bu günə qədər 1 milyon 158 min 475 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü bildirib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 106 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 850 min 281 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 57 294 nəfərə, yoluxanların sayının isə 1 milyon 367 min 032 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 217 000 nəfəri keçdiyini, 23 milyon 600 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M