İranda son sutkada koronavirusdan daha 89 nəfər dünyasını dəyişib, 8263 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə fevralın 22-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 59 572 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 582 min 275 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər yoluxanların ümumi sayı 1 milyon 582 min 275 nəfərə yüksəlib. Onlardan 1 milyon 351 min 390 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Larinin sözlərinə görə, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 3 685 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 10 milyon 501 min 415 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 59 483 nəfərə, yoluxanların sayının isə 1 milyon 574 min 12 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 228 400 nəfəri keçdiyini, 26 milyon 170 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
C.E