İranda son sutkada koronavirusdan daha 93 nəfər dünyasını dəyişib, 6 204 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə yanvarın 21-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 57 150 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 354 min 520 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 144 min 549 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü deyib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 168 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 743 min 951 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 57 150 nəfərə, yoluxanların sayının isə 1 milyon 354 min 520 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 216 000 nəfəri keçdiyini, 23 milyon 500 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M