İranda son sutkada koronavirusdan daha 97 nəfər dünyasını dəyişib, 6 317 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib.
Gunaz.tv
Bu barədə yanvarın 13-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 56 457 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 305 min 339 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 94 min 388 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü deyib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılan 4 469 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 316 min 375 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 56 457 nəfərə, yoluxanların sayının isə 1 milyon 305 min 339 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 211 400 nəfəri keçdiyini, 23 milyon 100 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M