İranda son 24 saat ərzində koronavirusdan daha 98 nəfər dünyasını dəyişib, 6 309 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə yanvarın 25-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 57 481 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 379 min 286 nəfərə çatıb.
Xanım Lari bildirib ki, İranda bu günə qədər 1 milyon 171 min 70 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Larinin sözlərinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 057 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 960 min 186 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 57 481 nəfərə, yoluxanların sayının isə 1 milyon 379 min 286 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 218 000 nəfəri keçdiyini, 23 milyon 700 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M