SON XƏBƏRLƏR

İranda koronavirusdan ölənlərin sayı 5-ə, virusa yoluxanların sayı isə 28 nəfərə çatıb

2021.10.20, 07:36
İranda koronavirusdan ölənlərin sayı 5-ə, virusa yoluxanların sayı isə 28 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İranda koronavirusdan ölənlərin sayı 5-ə, virusa yoluxanların sayı isə 28 nəfərə çatıb.

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 22-də dövlət televiziyasına açıqlamasında xəbər verib.

 

Bundan əvvəl virusdan ölənlərin 4, ona yoluxanların isə 18 nəfər olduğunu bildirən Cahanpur deyib ki, artıq daha 10 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb: “Həmin şəxslərin virusa yoluxduğu artıq təsdiq edilib. Onlardan 8-i Qumda, 2-si isə Tehranda virusa yoluxub.

 

Son günlər həmçinin minlərlə vətəndaş tibb mərkəzlərinə müraciət etsələr də, virusa yoluxmaqda şübhəli bilinən 785 nəfər tibbi nəzarət altına götürülüb. Lakin buna baxmayaraq, bu günə qədər virusa yoluxduğu qəti şəkildə təsdiq edilənlər 28 nəfərdir” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

 

Qeyd edək ki, İran rejimi koronavirusdan ölənlərin 5, ona yoluxanların isə 18 nəfər olduğunu bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr bu rəqəmin qat-qat çox olduğunu və hökumətin xalqdan vahiməyə düşərək, ölkədə baş vermiş faciəni ört-basdır etməyə çalışdığını bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar