İranda koronavirusla mübarizəyə ayrılmış pullardan 70%-dən çoxu "yoxa çıxıb"

2020-09-24 17:07

İranın "Milli İnkişaf Fondu"ndan yeni növ Covid-19 infeksiyası ilə mübarizə üçün 6 ay bundan əvvəl ayrılmış 1 milyard avrodan 70%-dən çoxunun hara xərcləndiyi məlum deyil.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İranın Səhiyyə naziri Səid Nəməki bildirib ki, rəhbərlik etdiyi Nazirliyə yalnız cüzi miqdarda pul köçürülüb. 


O, qarşıda koronavirusun yeni dalğasının yayılacağının gözləndiyini deyərək, tibb işçilərin əməkhaqlarının gecikdiyi və Səhiyyə Nazirliyinin tibbi ləvazimat anbarlarının boşaldığı bir vaxtda indiyədək ayrılmış pullardan yalnız 27%-ni əldə etdiklərini deyib.


Nazir qalan məbləğin hara yoxa çıxdığını və ya bundan mühüm sayıla biləcək hansı işə saxlandığını bilmədiyini bildirib. 


Səhiyyə nazirinin sözlərinə "Twitter" hesabında "korrupsiya ilə mübarizə" həştəqi ilə münasibət bildirən İran parlamentinin deputatı Əhməd Əmirabadi iddia edib ki, Milli Məclis koronavirusla mübarizə üçün ayrılmış 1 milyard avronun müvafiq qurumlara hansı formada təqdim edilməsi və necə xərclənməsi istiqamətində araşdırma aparacaq. 


Xatırladaq ki, bu məbləğ İran hökumətinin Covid-19 epidemiyası ilə mübarizə istiqamətində maliyyə vəsaitlərinə ehtiyac duması ilə bağlı etdiyi müraciətdən nəhayət 11 gün sonra, cari ilin aprel ayının 6-da "dini lider" Əli Xamneyinin razılığı ilə "Milli İnkişaf Fondu"ndan ayrılıb. 


İranda səhiyyəyə ayrılan pulların mənimsənilməsi bundan öncə də dəfələrlə baş verib. Keçən il də İranın Səhiyyə naziri tibb sektoruna ayrılmış 1 milyard 300 milyon dolların rüşvətxor şəbəkələr tərəfindən mənimsənildiyini və pulu ələ keçirən məmurların kimlərin olduğunun məlum olduğunu bildirmişdi. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub

2020-10-30

gun az article

Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb

2020-10-30

gun az article

İran rəsmisi: “Hər iki ölkəyə tövsiyə edirik ki, beynəlxalq qanunlara hörmətlə yanaşsınlar və beynəlxalq sərhədləri qorusunlar”

2020-10-30

gun az article

İranda daha 365 nəfər koronavirusdan ölüb, 8011 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-10-30

gun az article

MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO

2020-10-30

gun az article

İran saytı torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycan hökumətinə qarşı yalan və böhtan dolu məlumatlar yayıb

2020-10-30

gun az article

“Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - Arutyunyan təşvişdə

2020-10-30

gun az article

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur - RƏSMİ

2020-10-30

gun az article

MN: Düşmənin bir sıra texnikası və canlı qüvvəsi məhv edilib

2020-10-30

gun az article

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

2020-10-30

gun az article

Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

2020-10-29

gun az article

MN: Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub

2020-10-29

gun az article

İran ordusunun yüksək rütbəli komandiri koronavirusdan ölüb

2020-10-29

gun az article

İranda koronavirusdan ölənlərin sayı 34 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-29

gun az article

İranın Zəncan əyalətində koronavirusa yoluxan daha 566 nəfər xəstəxanalara yerləşdirilib

2020-10-29

gun az article

“Cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?!”

2020-10-29

gun az article

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

2020-10-29

gun az article

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

2020-10-29

gun az article

Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - Prezident açıqladı

2020-10-29

gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28