SON XƏBƏRLƏR

İranda koronavirusun kəskin yayılmasına baxmayaraq, "Sepah" tibbi maskaları xaricə satır- VİDEO

2021.10.20, 07:36
İranda koronavirusun kəskin yayılmasına baxmayaraq, "Sepah" tibbi maskaları xaricə satır- VİDEO

Gunaz.tv

GünAz TV: Hazırda ölkədə koronavirusun kəskin yayılması səbəbindən İranda insanlar ürək ağrıdıcı vəziyyətdədirlər. Bununla belə, "Sepah" və digər qurumların rəsmiləri hələ də öz ciblərini dolduqmaqla məşğuldurlar.

 

Hər bir dövlət bu cür hallarda öz vətəndaşlarını qorumağa və bəlanın qarşısını almağa çalışsa da, İran rejimi tam bunun əksini edir.

 

Fevralın 21-də keçiriləcək Milli Məclis seçkilərindən 1 ay əvvəl koronavirus İrana ayaq açsa da, rejim fevralın 10-da baş tutacaq inqilabın 41-ci il dönümünü əzəmətli göstərmək üçün bunu gizlədirdi. Bu səbəbdən heç bir proflaktik tədbirin görülməməsinin nəticəsi olaraq, xəstəlik İranda bu qədər geniş formada yayılmağa başladı.

 

Hazırda alınan tədbirlər də məsələnin üstünü ört-basdır etməkdən başqa bir şey deyil. Çünki xəstəlikdən qorunmaq üçün lazım olan heç bir tibbi vasitə apteklərdə (daruxanə-red.) tapılmır.

 

Hətta epidemiyadan qorunmaq üçün insanların ehtiyac duyduğu tibbi maskaları ölkədə tapmaq mümkün deyil. Bu xüsusda Səhiyyə naziri də prezident Həsən Ruhaniyə məktub ünvanlayaraq, ona belə bir şəraitdə, hətta təhlükəsizlik tədbirlərinin alınmasına baxmayaraq, müəyyən qrupların maska qaçaqmalçılığı ilə məşğul olması barədə məlumat verib.

 

Aşağıda gördüyünüz video Buşehr hava limanıdır. "Sepah" terror təşkilatının üzvləri İrandan maskaları digər ölkəyə ixrac edərək, öz ciblərini doldurmağa çalışırlar.

 

 

Video sübut edir ki, ölkədə maska çatışmazlığı yoxdur. Lakin "Sepah" fürsətdən istifadə edərək, öz xalqının ağır durumda olmasına baxmayaraq, ciblərini doldurmağı düşünür.

 

Bütün bu hallar İranda hakim olan cinayətkar rejimin yarıtmazlığının nəticəsidir. Rejim məsulları ən ağır vəziyyətdə belə xalqını deyil, ciblərini düşünməklə məşğuldurlar.

 

Hazırda da dövlətin virusla mübarizə istiqamətində atdığı tədbirlər effektiv deyil, yalnız görüntü xarakteri daşıyır. Rejim xalqın qiyamından qorxaraq, bəzi məkanları dezinfeksiya etməklə, guya koronavirusla mübarizə apardığını xalqa nümayiş etdirməyə çalışır, halbuki öz siyasi məqsədləri üçün xəstəliyin İrana ayaq açdığı ilk günlərdən heç bir qabaqlayıcı tədbir almayıb, bununla da problemin həyəcan təbili səviyyəsinə çatmasına bais olub. İran rəsmiləri də artıq vəziyyətin yüksək həyacan təbili səviyyəsinə yaxınlaşdığını etiraf edirlər.

 

Ötən gün isə Ümumdünya Səhiyyə Təşkilatının 7.5 ton tibbi ləvazimatla birlikdə 6 nəfərdən ibarət mütəxəssislər qrupu İrana daxil olub. Hazırda İranda insanları düşündürən əsas suallardan biri budur ki, həmin humanitar köməklərin neçə faizi xalqa çatacaq, neçə faizini "Sepah" oğurlayıb satacaq?

 

Virus Tehranda o qədər geniş halda yayılıb ki, Ümumdünya Səhiyyə Təşkilatının dünən İrana gəlmiş mütəxəssislərindən biri artıq koronaya yoluxub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar