İranda kürd “Pjak”çılarla baş verən qarşıdurmada 1 sərhədçi həlak olub, 3-ü yaralanıb

2017-07-02 22:13

GünAzTV: PKK terror təşkilatının İran qanadı sayılan “Pjak” kürd yaraqlıları ilə baş verən silahlı qarşıdurmada 1 İran sərhədçisi həlak olub, 3-ü ağır yaralanıb.

 

Hadisə, iyulun 2-si sübh saat 4:45 radələrində İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərinə yaxın sərhəd zonasında baş verib. Üz-üzə gələn “Pjak”çılarla sərhədçilər arasında baş verən atışmada milliyyətcə azərbaycanlı olan sərhədçilərdən biri, Qəzvin şəhər sakini, əsgər Fərşad Rəmzi aldığı güllə yarasından yerindəcə həlak olub, Mərənd şəhər sakini olan azərbaycanlı əsgərlər, Məhəmməd Rəncbər və Rza Əhmədi, eləcə də zabit Seyid Səccad Musəvi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Silahlı atışmada “Pjak”çı kürd yaraqlıların mümkün itkiləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, son illər İranın Qərbi Azərbaycan əyalətində yüzlərlə günahsız insan kürd terrorizminin qurbanı olmasına baxmayaraq İranın hökumt saytları həmin terrorçu qruplaşmaların adlarını çəkməkdən boyun qaçıraraq, mediada onları “silahlı quldurlar” adı ilə təqdim edirlər.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"İran Ermənistanın İsraildə səfirlik açmasına hörmətlə yanaşır"- İranın İrəvandakı səfiri

2020-07-09

gun az article

Tehranla Dəməşq Suriya HHQ-nin gücləndirilməsi üçün razılığa gəlib

2020-07-09

gun az article

GünazTV July.09.2020: “Iran dünyada terroru dəstəkləyən dövlətdir.Amerikanın Dövlət Katibi İarnla bağlı açıqlamalarını yenilədi!”

2020-07-09

gun az article

İran İslam Respublikasında inanılmaz cinayət: Məşhəddə araq içməkdə günahlandırılan məhkum dara çəkilib

2020-07-09

gun az article

Amerikadan BMT-nin Süleymani ilə bağlı hesabatına reaksiya: "Bu, terroristlərə lisenziya verməkdir"

2020-07-09

gun az article

Ruhani: "İxracatdan əldə edilən 20 milyard avro ölkəyə qaytarılmayıb"

2020-07-09

gun az article

İranda daha 221 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 12 305 nəfərə çatıb

2020-07-09

gun az article

Bağdadda məşhur siyasi ekspertin terroruna etiraz olaraq, Xamneyiyə qarşı şüarlar səsləndirilib

2020-07-09

gun az article

İranda azı 7 deputat koronavirusa yoluxub

2020-07-09

gun az article

İran mediası "Fatimeyi-Zəhra" məscidinə görə Azərbaycanı hədəfə alıb

2020-07-09

gun az article

Pompeo: “BMT Təhlükəsizlik Şurası İrana silah satışına qarşı qoyulan sanksiyanın vaxtını uzatmalıdır”

2020-07-09

gun az article

İranlı rəsmi: “Keçirilən hər bir toy və ya yas mərasimində 40-50 nəfər koronavirusa yoluxur”

2020-07-08

gun az article

GünazTV July.08.2020: “F1 və M1 vizası ilə Amerikada olanların aqibəti necə olacaq? Amerika məktəblərinin açılması üçün prezident Trampın son qərarı”.

2020-07-08

gun az article

Türkiyə XİN başçısı bu gün Britaniyaya səfər edəcək

2020-07-08

gun az article

İranda nazirliklər və dövlət idarələrini artıq "Bəsic" qoruyacaq

2020-07-08

gun az article

İranda təyyarə qəzasında təqsirləndirilən rəsmilərin mühakiməsi başlayır

2020-07-08

gun az article

İranda daha 153 nəfər koronavirusdan ölüb, 2691 nəfər xəstəliyə yoluxub

2020-07-08

gun az article

Əlirza Zali: “Tehranda koronavirusla bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etməliyik”

2020-07-08

gun az article

Ərəbistan dünya ictimaiyyətini İrana təzyiq göstərməyə çağırıb

2020-07-08

gun az article

Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 12 dəfə artıb

2020-07-08