SON XƏBƏRLƏR

İranda kürd yaraqlıları ilə silahlı qarşıdurmada 9 “Sepah”çı həlak olub, 17-si yaralanıb

2021.10.20, 07:36
İranda kürd yaraqlıları ilə silahlı qarşıdurmada 9 “Sepah”çı həlak olub, 17-si yaralanıb

Gunaz.tv

GünAzTV: İranda müxalif kürd yaraqlıları ilə baş verən silahlı qarşıdurmada 9 “Sepah”çı həlak olub, 17-si yaralanıb. Bu barədə İrandakı müxalif kürd mənbələri məlumat yayıb.

 

Yayılan məlumata əsasən, hadisə iyunun 8-i axşam saatlarında İranın Kürdüstan Demokrat Partiyasından olan bir dəstə peşmərgə, İraq sərhəddini keçərək ölkə ərazisinə daxil olarkən baş verib. Bildirilir ki, İranın Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə şəhərinin sərhəd məntəqəsində baş verən atışmada 9 “Sepah”çı yerindəcə həlak olub, 17-si ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

 

“Sepah”ın “Həmzə seyidüşşühəda” qərargahının yaydığı bəyanatında bildirilir ki, tərəflər arasında baş verən atışmada 7 yaraqlı kürd öldürülüb. İranın Kürdüstan Demokrat Partiyasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmməd Saleh Qadiri, jurnalistlərə açıqlamasında “Sepah”la silahlı qarşıdurma yarandığını təsdiqləsə də, atışmada 7 kürdün həlak olması ilə bağlı yayılan məlumatı rədd edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar