SON XƏBƏRLƏR

İranda kürd yaraqlıları ilə silahlı qarşıdurmada daha 1 sərhədçi həlak olub

2021.10.20, 07:36
İranda kürd yaraqlıları ilə silahlı qarşıdurmada daha 1 sərhədçi həlak olub

Gunaz.tv

GünazTV: İranın Kürdüstan əyalətinin Mərivan şəhərində naməlum kürd yaraqlıları ilə baş verən silahlı qarşıdurmada yerli hüquq-mühafizə qüvvələrinin 1 əməkdaşı həlak ölüb, 1-i yaralanıb.

 

Bu barədə, Kürdüstan əyalətinin sərhəd komandanı Kəyumərs Şeyxi sentyabrın 7-də jurnalistlərə məlumat verib.

 

Bildirilir ki, hadisə sentyabrın 6-sı gecə saat 22:00-da Mərivanın sərhəd məntəqəsində baş verib. Sərhədi pozaraq ölkə ərazisinə girməyə çalışan yaraqlı kürd dəstəsi üzvləri ilə İran sərhədçiləri arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində yerli hüquq-mühafizə qüvvələrinin əməkdaşı Məcid Şiripəz aldığı güllə yarasından yerindəcə ölüb, 1-i isə ağır yaralanıb.

 

Kimliyi bilinməyən yaraqlı kürdlər qaranlıqdan istifadə edərək hadisə yerindən qaça biliblər. Hadisdənin məsuliyyətini hələ ki, hər hansı bir müxalif kürd təşkilatı öz üzərinə götürməyib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar