SON XƏBƏRLƏR

İranda limanda baş verən yanğın nəticəsində 1 nəfər ölüb

2021.10.20, 07:36
İranda limanda baş verən yanğın nəticəsində 1 nəfər ölüb

Gunaz.tv

GünAz TV: İran “Rəcayi” limanında güclü yanğın baş verib.

 

Yerli media orqanlarının məlumatına görə, istifadə müddətini başa vurmuş maşınlardan biri qəfildən alışıb. Daha sonra bu alov yaxınlıqdakı qır və yağ çəninə keçib. Bununla da yanğının miqyası genişlənib.

 

Yanğınsöndürənlərin bir neçə saatdan sonra yanğını söndürə bildikləri deyilir.

 

Hadisə nəticəsində limanın mühafizə xidmətinin 1 əməkdaşı çənlərin partlaması nəticəsində ölüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar