SON XƏBƏRLƏR

İranda maliyyə fırıldaqçıların ölkədən qaçmaları ilə bağlı narahatlıqlar artır

2021.10.20, 07:36
İranda maliyyə fırıldaqçıların ölkədən qaçmaları ilə bağlı narahatlıqlar artır

Gunaz.tv

GünAz Tv: İranda son aylar ərzində korrupsiya qalmaqalları davam edir. Ölkənin bir çox səlahiyyətli və yüksək vəzifəli şəxslərinin adları korrupsiya və maliyyə fırıldaçılığında hallandığına görə, bir çox qurumlar onların İrandan qaçmasından narahatdırlar.

 

Bu dəfə İran Milli Məclisinin Rəyasət Heyəti 50-dən çox deputatın məhkəmə sistemi sədrinə məktub göndərərək, Özəlləşdirmə İdarəsinin sədri Abdullapuri Hüseyninin ölkədən çıxışına qadağa qoyulmasını tələb etdikləri barədə məlumat yayıb. Bunu  İran Parlamentinin Qumdan seçilmiş deputatı və Rəyasət Heyətinin üzvü olan Əhməd Əmirabadi Fərahani özünün sosial şəbəkələrdə olan şəxsi hesabında yazıb.

 

Millət vəkilləri məhkəmə sisteminin sədrinə göndərdikləri məktubda Abdullapuri Hüseyninin Özəlləşdirmə İdarəsində sədrliyinin sona çatdığına, onun haqqında ictimai əmlakın mənimsənilməsinə səbəb olan proseslərə göz yummaq üzrə cinayət işi açıldığına, eləcə də İran Ümumi Təftiş İdarəsi və Audit Məhkəməsinin onun rəhbərlik etdiyi idarədə özəlləşdirmə pozuntularının baş verdiyinə dair raportuna əsaslanaraq, bu şəxsin ölkədən çıxmasına qadağa qoyulmasını istəyiblər.

 

Qeyd edək ki, son günlər İranda ölkənin Özəlləşdirmə İdarəsinin rəhbəri Abdullah Hüseyninin təmsil etdiyi qurumda bir çox korrupsiya və qanun pozuntusu olduğu barədə xəbərlər yayılıb. Hətta onun vəzifədən kənarlaşdırıldığı və ölkədən çıxışına qadağa qoyulduğu barədə də xəbərlər yayılsa da, hələ ki, bu iddialar heç bir rəsmi orqan tərəfindən təsdiq edilməyib.

 

İran Milli Məclisinin 50-dən çox deputatı isə bütün bu xəbərləri nəzərə alaraq, məhkəmə sistemi rəhbəri Sadiq Laricanidən Özəlləşdirmə İdarəsinə qarşı başladılmış cinayət işlərinə nəzarət etmək və şəffaflığı təmin etmək üçün xüsusi şöbənin təşkil etməsini istəyiblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar