İranda “Məcburi hicaba yox” kampaniyası geniş vüsət alır, daha bir neçə şəhərdə qadınlar baş örtüklərini açıb atıblar - FOTOLAR

2018-01-31 13:39

GünAzTV: İranda molla rejiminin ölkə qadınlarına zorla qəbul etdirdiyi hicaba və qara çarşaba qarşı sivil etirazı gündən-günə geniş vüsət alır. Yanvarın 30-da daha bir neçə şəhərdə qadınlar “Məcburi hicaba yox” kampaniyasına qatılaraq küçə və meydanlarda baş örtüklərini açıb atıblar.

 

Yanvarın 30-da paytaxt Tehranda, Gilan əyalətinin Rəşt şəhərində və daha bir neçə şəhərdə onlarla qadın, şəhərin əsas küçə və meydanlarında baş örtüklərini açmaqla hakimiyyətin qadınlara qarşı zorakılığına və onun məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Qadınların mədəni etirazı, küçədən keçən digər vətəndaşlar tərəfindən dəstəklənib.

 

Baş örtüklərini açan qadınların polis qüvvələrinin hadisə yerinə gəlib onları həbs etməsinə qədər davam edib. Tutulduqdan sonra naməlum istiqamətə aparılan etirazçı qadınların hazırda harada saxlandığı barədə məlumat yayılmayıb.

 

Xatırladaq ki, son günlər paytaxt Tehran, İsfahan, Şirazd, Rəşt və digər şəhərlərdə onlarla qadın, küçə və meydanlarda baş örtüklərini açaraq, totalitar molla rejiminin məcburi hicab siyasətinə öz etirazlarını bildiriblər.

 

 

Qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı bir qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşaraq vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan beynəlxalq hüquq təşkilatlarının etirazından sonra azadlığa buraxılıb.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşirlər.

 

 

 

 

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı ortaq fikrə gələ bilmədi

2021-05-18

gun az article

Ceyhun Bayramovla Türk Şurasının Baş katibi arasında telefon danışığı olub

2021-05-19

gun az article

Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi

2021-05-18

gun az article

Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

2021-05-18

gun az article

İlham Əliyev: "Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir"

2021-05-18

gun az article

Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

2021-05-18

gun az article

İranlı deputatlar: “Əgər bütün sanksiyalar 100% aradan qaldırılmasa, demək ki, heç bir sansiya ləğv edilməyib”

2021-05-18

gun az article

Almaniyada yaşayan azərbaycanlılar BMT-nin qərargahı önündə aksiya keçirib

2021-05-18

gun az article

Gəncə teatrının 100 yaşı tamam olur      

2021-05-18

gun az article

İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

2021-05-18

gun az article

Türkiyə XİN sözçüsü: "Krım tatar türklərinin yanındayıq"

2021-05-18

gun az article

Dmanisidə barışıq əldə edilib

2021-05-18

gun az article

Sərhəd ajiotajı: “Azərbaycan ağıllı strategiya ilə hərəkət edir"-Politoloq

2021-05-18

gun az article

İranın Əhvaz və Mahşəhr şəhərlərində 16 ərəb fəalı həbs edilib

2021-05-18

gun az article

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

2021-05-18

gun az article

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

2021-05-18

gun az article

İranda 231 siyasi fəal prezident seçkiləri ilə bağlı xalqa müraciət etdi

2021-05-18

gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18