SON XƏBƏRLƏR

İranda mədən qəzası baş verib- 1 fəhlə ölüb

2021.10.20, 07:36
İranda mədən qəzası baş verib- 1 fəhlə ölüb

Gunaz.tv

GünAz TV: İranın Kirman əyalətinin Pabdana şəhərində yerləşən daş kömür mədənində qəza baş verib.

 

Ötən gün axşam saatlarında mədənin bir hissəsinin qəfildən çökməsi nəticəsində orada çalışan fəhlələrdən biri dağıntılar altında qalaraq faciəvi şəkildə həlak olub.

 

35 yaşlı həmin fəhlə təcili tibbi yardım maşınlarının hadisə yerinə çatmasından öncə dağıntılar altından çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd etmək lazımdır ki, İran rejiminin fəhlələrin həyatı və iş yerlərində əmək təhlükəsizliyi qaydalarına biganə münasibəti nəticəsində ölkədə tez-tez ölümlə nəticələnən bu cür faciələr baş verir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar