SON XƏBƏRLƏR

İranda müharibə hazırlıqları gedir?

2021.10.20, 07:36
İranda müharibə hazırlıqları gedir?

Gunaz.tv
İranda müharibə hazırlıqları gedir? vergeltungsschlag1.jpg Son bir neçə həftə ərzində Rusiya hərbi təlimatçıları İranın hava hücumundan müdafiə sistemlərinin işini təkmilləşdirmək üçün fəal şəkildə işləyirlər. İran ABŞ və ya İsrailin ona qarşı hərbi əməliyyatlara hazırlaşdığı haqda son günlər bir-birinin ardınca yayılan məlumatlara ciddi yanaşmadığını büruzə verməyə çalışsa da, ölkədə müharibə hazırlıqları gedir. İsrail kəşfiyyat xidmətlərinə yaxınlığı ilə bilinən “Debka” saytının yazdığına görə, artıq “Şahab” raketləri strart meydançalarında yerləşdirilib və İsrail ərazisindəki strateji obyektlərə tuşlanıb. Həmçinin ölkənin hərbi komandanlığı İran ərazisinin 31 arxa cəbhə dairəsinə bölünməsi haqda qərar çıxarıb. Bildirilir ki, bu qərar ötən həftə İnqilab Keşikçiləri Korpusunun komandanlığı tərəfindən verilib. Qərara uyğun olaraq hər dairədə müharibə zamanı idarəçiliyi üzərinə götürməli olan xüsusi qərargahlar da yaradılmalıdır. Qərargahlara İnqilab Keşikçiləri Korpusundan olan zabitlər başçılıq edəcək. Həmçinin qərara əsasən hər bir dairədə 20 min qəbir qazmaq tapşırılıb. Bununla da İran ərazisi boyu cəmi 320 min qəbirin qazılacağı bildirilir. Rəsmi olaraq deyilir ki, bu qəbirlər Amerika və İsrail işğalçılarını basdırmaq üçün nəzərdə tutulub. Məlumatda o da vurğulanır ki, qəbirlər Tehranda və İranın nüvə obyektlərinin yerləşdiyi Natanz, İsfahan şəhərlərində qazılır. Bununla da güman edilir ki, İran mümkün aviazərbələr nəticəsində həlak olan insanları dəfn etmək üçün hazırlıqlar görür. Digər məlumatlara görə, son bir neçə həftə ərzində Rusiya hərbi təlimatçıları İranın hava hücumundan müdafiə sistemlərinin işini təkmilləşdirmək üçün fəal şəkildə işləyirlər. Əsas diqqət ötən ilin yayında İsrailin Suriyaya hava hücumunu qeydə ala və dəf edə bilməyən “Pantsir-C1" artilleriya-raket komplekslərinə ayrılır. Bu komplekslər yeni tipli radarlarla təkmilləşdirilir və iranlı hərbçilərə təlimatlar verilir. Xatırladaq ki, müxtəlif xarici KİV-lər və ekspertlər tərəfindən irəli sürülən iddialara görə, ABŞ İrana qarşı hərbi əməliyyatlara bu ilin payızında başlaya bilər. Bu zaman hava zərbələrinə və xüsusi təyinatlı yerüstü müdaxilələrə üstünlük veriləcək. Tanınmış jurnalist Seymur Herş isə ”The New Yorker" həftəliyində yazıb ki, Birləşmiş Ştatlar artıq İranda xüsusi təyinatlı məxfi əməliyyatlar həyata keçirir. Bu çərçivədə İrandakı silahlı müxalif qruplara, o cümlədən PKK-nın qolu olan PJAK-a dəstək verilir. Əməliyyatların məqsədi İranda hakimiyyəti zəiflətmək və silahlı qüvvələrin rəhbərliyinə daxil olan şəxsləri aradan götürməkdir. Əməliyyatların keçirilməsi üçün 400 milyon dollar ayrılıb. butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar