SON XƏBƏRLƏR

İranda müxalifət parlament seçkilərini boykot edib, 10 nəfərin həbs edildiyi bildirilir

2021.10.20, 07:36
İranda müxalifət parlament seçkilərini boykot edib, 10 nəfərin həbs edildiyi bildirilir

Gunaz.tv

GünAz TV: İranda seçki məntəqələri dünən yerli vaxtla səhər saat 8-də  açılıb. Səsvermə saat 18-dək davam edib.

 

Parlamentdəki 290 millət vəkili mandatı uğrunda 3467 namizəd mübarizə aparır. Səsvermə  hüququ olan 48 milyon ölkə vətandaşı öz namizədini 46 min 62 seçki məntəqəsində seçə  bilər. Namizədlərdən hər hansı biri seçicilərin 3-də 2-nin dəstəyini qazansa, o seçilmiş hesab olunur. Lakin onlardan heç biri bu həddi keçə bilməsə, həmin dairədə  səsvermənin 2-ci turu keçiriləcək.

 

Seçkidə əsas mübarizə mühafizəkarların namizədləri arasında gedib. İslahatçılar isə seçkidə iştirakdan imtina edib. Seçki ilə  əlaqədar  ölkədə təhlükəsizlik tədbirləri güclənidirilb. İlkin nəticələrin səsvermə başa çatdıqdan 48 və ya 72 saat sonra məlum olacağı gözlənilir. Tehranda parlament seçkiləri ilə əlaqədar 10 nəfər həbs olunub. Bunu Tehran şəhər Polis İdarəsinin seçkilər üzrə inzibati komitəsinin sədri Məhəmməd Təqi Baqiri deyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar